13:08 / 26-03-2026
Sabah yağış yağacaq
Ağdamda mülki şəxs minaya düşüb
Tarix: 26-03-2026 14:33 | Bölmə: Slayd

Ağdamda mülki şəxs minaya düşüb

Ağdam rayonu, Yüsifcanlı kəndi ərazisində mülki şəxs minaya düşüb.

Reyting.az xəbər verir ki, kənd sakini 1985-ci il təvəllüdlü Abbasov Ceyhun Firdovsi oğlu minaya düşərək xəsarət alıb.

Hadisə ilə bağlı dərhal ANAMA əməkdaşları əraziyə cəlb olunub. Hazırda zərərçəkmiş şəxsin təhlükəli zonadan çıxarılması istiqamətində tədbirlər görülür.

Faktla bağlı araşdırma başlanıb.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə minalar hələ də ciddi təhlükə mənbəyi olaraq qalır və vətəndaşlara bu zonalarda ehtiyatlı olmaları tövsiyə olunur.

***

Minaya düşən C. Abbasovun sol ayağının dizdən aşağı hissəsi amputasiya olunub.





Bölməyə aid digər xəbərlər