13:08 / 26-03-2026
Sabah yağış yağacaq
Sel suları kəndin şəhərlə əlaqəsini kəsib
Tarix: 28-03-2026 13:37 | Bölmə: Xəbərlər

Sel suları kəndin şəhərlə əlaqəsini kəsib

Yağışlı hava şəraiti ilə əlaqədar Ağsuçaydan keçən sel suları Ağsu rayonunun Arat-Curuxlu-Maşadqanlı kənd avtomobil yolunun bir hissəsini yararsız hala salıb.

Reyting.az xəbər verir ki, bunu DİN-nin mətbuat xidmətinin Şəki regional qrupundan bildiriblər.

Hazırda Maşadqanlı kəndi ilə rayon mərkəzinin nəqliyyat əlaqəsində müəyyən məhdudiyyət yaranıb. Əraziyə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Yolun açılması istiqamətində işlər görülür.





Bölməyə aid digər xəbərlər
25-03-2026, 15:38 Xəzərdə zəlzələ olub