13:08 / 26-03-2026
Sabah yağış yağacaq
Qazi jurnalist Rəşad Baxşəliyev vəfat edib
Tarix: 27-03-2026 12:02 | Bölmə: Xəbərlər

Qazi jurnalist Rəşad Baxşəliyev vəfat edib

"Azərbaycan" qəzetinin şöbə müdiri, Vətən müharibəsi iştirakçısı, tanınmış jurnalist Rəşad Baxşəliyev 48 yaşında vəfat edib.

Reyting.az xatırladır ki, R. Baxşəliyev ötən il ağır ürək əməliyyatı keçirib. Ölümünə də ürək tutmasının səbəb olduğu bildirilir.

Qeyd edək ki, Rəşad Baxşəliyev 1978-ci ildə Mingəçevir şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Uzun illər "Şərq" qəzetində çalışıb. Sonra fəaliyyətini rəsmi dövlət mətbuat orqanı olan "Azərbaycan" qəzetində davam etdirib. O, Parlament Jurnalistləri Birliyinin üzvü idi.

R.Baxşəliyev 2020-ci ildə Vətən müharibəsi başlayan kimi ordu sıralarına qoşulub. Müharibədə zabit kimi döyüşüb, bir necə medalla təltif olunub.

Allah rəhmət eləsin!





Bölməyə aid digər xəbərlər
25-03-2026, 15:38 Xəzərdə zəlzələ olub