13:08 / 26-03-2026
Sabah yağış yağacaq
Bakıda 70 yaşlı kişi öldürülüb
Tarix: 26-03-2026 21:15 | Bölmə: Xəbərlər

Bakıda 70 yaşlı kişi öldürülüb

Bu gün axşam Xəzər rayonu Zirə qəsəbəsi ərazisində silahlı insident baş verib.

Reyting.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, 1959-cu il təvəllüdlü Cavanşir Muradov mübahisə zamanı ov tüfəngindən atəş açaraq qəsəbə sakini, 1981-ci il təvəllüdlü Məmmədhüseyn Əmirovu öldürməyə cəhd göstərib.

Hadisə zamanı sonuncunun atası - 1956-cı il təvəllüdlü Vaqif Əmirov tüfəngdən açılan atəş nəticəsində ölüb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə C. Muradov saxlanılıb. Ondan cinayət aləti olan ov tüfəngi götürülüb.

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.





Bölməyə aid digər xəbərlər
25-03-2026, 15:38 Xəzərdə zəlzələ olub