Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 19-12-2025 11:10 | Bölmə: Slayd

Yaponiya Bankı bu gün əsas faiz dərəcəsini 0,75 faizə qaldıra bilər. Bu addım onilliklərdir sıfıra yaxın və ya mənfi faiz dərəcələrini qoruyan Yaponiya üçün mühüm dəyişiklik deməkdir.
Reyting.az “İzvestiya” nəşrinə istinadla bildirir ki, Yaponiya Bankı belə bir qərar verərsə, onun nəticələri ABŞ, Avropa və Böyük Britaniya da daxil olmaqla digər ölkələrdə də hiss olunacaq.
Məlumata görə, əsas risk “carry trade” əməliyyatlarının potensial azalması ilə bağlıdır. Bu mexanizm investorlara yen (Yaponiyanın valyutası-red.) kimi aşağı faizli valyutalarda borc alaraq həmin vəsaitləri ABŞ Xəzinədarlıq istiqrazları və ya səhmlər kimi daha yüksək gəlirli alətlərə yatırmağa imkan verir. Faiz dərəcələri arasındakı fərq investorlar üçün mənfəət yaradır.
Yaponiya Bankının faiz dərəcəsini artırması yenlə borclanma xərclərinin yüksəlməsinə və milli valyutanın möhkəmlənməsinə səbəb olacaq. Bu isə “carry trade” əməliyyatlarının gəlirliliyini azaldacaq və investorları borclarını bağlamaq üçün aktivləri satmağa məcbur edəcək. Nəticədə qlobal maliyyə bazarlarında zəncirvari satış dalğası yarana bilər.
ABŞ üçün nəticələrin xüsusilə ciddi olacağı istisna edilmir. Qeyd olunur ki, yenlə cəlb olunan kreditlərin əhəmiyyətli hissəsi texnologiya şirkətlərinin səhmlərinə yönəldilib. Faiz artımı NASDAQ və S&P 500 indekslərində dərin korreksiyaya səbəb ola bilər.
Kriptovalyuta bazarı da risk altındadır. Kapitalın dəyəri artdıqca Bitcoin və digər rəqəmsal valyutalar adətən ucuzlaşır. Tarixi müşahidələr göstərir ki, yenin möhkəmlənməsi çox vaxt kriptovalyutaların dəyərinin azalması ilə müşayiət olunur.
“Carry trade” əməliyyatlarının ləğvi Avropa və Böyük Britaniya üçün də təhlükə yaradır. Avropa bankları ucuz yen maliyyələşdirməsindən fəal istifadə edirlər. Likvidliyin azalması dövlət istiqrazlarının gəlirliliyinin yüksəlməsinə səbəb ola bilər ki, bu da dövlət borcuna xidmət xərclərini artıracaq.
Hesabatda qeyd olunur ki, güclənən yen Avropanın Yaponiyaya ixracının rəqabət qabiliyyətini də azaldacaq.
Bundan əlavə, maliyyə sektorunun iqtisadiyyatda əsas rol oynadığı Böyük Britaniya likvidlikdən ciddi şəkildə asılıdır. Yapon investorlar vəsaitlərini Britaniya aktivlərindən geri çəkməyə başlasalar, bu, funt sterlinqin dəyərdən düşməsinə və investisiya axınlarının zəifləməsinə gətirib çıxara bilər.
Yaponiya Bankının uzunmüddətli aşağı faiz siyasətinə son qoyması kapitalın artıq “pulsuz” olmadığı yeni iqtisadi reallığa keçidi ifadə edir. Bu proses Avropa İttifaqı ölkələri üçün xüsusilə ciddi sınaq ola bilər.
V. QULİYEV
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər