Saleh Məmmədov vəzifədən azad edilib - Yeni təyinat - Sərəncam
Bakıda liseydə şagird müəllimi güllələyib - (Yenilənib-4)
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
Bermud üçbucağının sirri açılır
Azərbaycan Rusiyaya nota verib
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə Şah Abbas məscidini ziyarət ediblər - Fotolar
Naxçıvan şəhərinin icra başçısı vəzifədən azad edilib
İki həkim həbs edilib - Məhkəmə zalında
Vensin Bakı səfəri: separatçıların gözləntisi nədir?
"Starlink" interneti tam nəzarətə götürmək istəyir
Vensin Bakı və İrəvana səfər tarixləri açıqlanıb
İcra başçısı Naxçıvana baş nazir təyin edilib
Tarix: 02-02-2026 17:16 | Bölmə: Slayd

ABŞ İrana qarşı Yaxın Şərqə hərbi qüvvə toplamaqda davam edir. Hazırda İran təklənmiş vəziyyətdədir və hərbi qarşıdurma başlayacağı təqdirdə məğlubiyyəti qaçılmaz görünür. Rusiya və Çinin Tehrana siyasi-diplomatik dəstəyi Vaşinqtonun manevr imkanlarını müəyyən qədər məhdudlaşdıra bilsə də, ABŞ-nın hərbi üstünlüyü fonunda İranı zərbələrdən qoruya bilməz.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Reytinq” qəzetinə açıqlamasında deyib ki, Rusiya və Çin həm də öz maraqları baxımından İrana yardım etməyə çalışırlar. Amma ABŞ İranı vurmağa başlasa, onlar yardımlarından imtina edəcəklər.
Çin və Rusiya hərbi yük təyyarələrinin İran hərbi bazalarına uçuşlarına dair məlumatları şərh edən S. Cəlaloğlunun sözlərinə görə, Amerikanın modern silah-sursatı qarşısında İranın silahlandırılmasının mənası yoxdur, bu ölkə ABŞ qarşısında gücsüz qalacaq.
İranın Rusiya ilə müttəfiq olduğunu xatırladan ADP sədri əlavə edib ki, Çinin əsas enerji daşıyıcılarına - neft və qaza olan ehtiyacını İran ödəyir:
“İran həmçinin son illər Rusiyanın sanksiyalardan yayınmasına dəstək verib və Ukrayna cəbhəsində Rusiyaya hərbi yardımlar edib, xüsusilə dronlarla. Bu gün isə İran ağır durumdadır və Rusiya da ona kömək etmək istəyir. Rusiya bununla bir növ özünü müdafiə edir və İranın əvvəlki imkanlarının saxlanılmasına çalışır. Hamı başa düşür ki, Amerikanın İranla bağlı siyasətinin mahiyyətində həm də Rusiya və Çini zəiflətmək, təkləmək dayanır. Bu baxımdan indi İranı müdafiə edən Rusiya və Çinin davranışları başadüşüləndir”.
Cəlaloğlunun fikrincə, ABŞ ağıllı siyasət aparır: “Faktiki olaraq İranı aktiv müharibəyə cəlb etmək əvəzinə müharibə təhdidi altında saxlayır - “bu gün müharibə olacaq, sabah ABŞ vuracaq”,- deyən İran bütün potensialını müharibəyə cəlb edir və beləliklə, üzləşdiyi vəziyyəti bir qədər də ağırlaşdırır. Bu isə ölkədə iqtisadi böhranı dərinləşdirir, vətəndaş qarşıdurmasını genişləndirir, hakimiyyət daxilində müxalifət güclənir və mərkəzdənqaçma meylləri artır”.
Cəlaloğlu qeyd edib ki, indi dünya “təhdid hərəkətdən daha effektlidir”,- yanaşmasını müşahidə edir. Onun sözlərinə görə, bir ölkəni təhdid altında saxlamaq onunla müharibə etməkdən daha ağır ziyan vurur: “Amerika isə heç nə itirmədən İranın həddən artıq iqtisadi güc itirməsinə nail olmaq istəyir”.
ADP sədri sonda əlavə edib ki, İran təhdid altında saxlanılacaq və potensialını silahlanmaya qoyacaq, bütün günü ayaqüstə olacaq: “Bu da daxildə əlavə problemlər yaradacaq. Bunu ABŞ-nın yeni müharibə üsulu da saymaq olar. Yəni zərbə vurmur, amma təhdidlə qarşı tərəfi hərbi və psixoloji baxımdan tükəndirir”.
Nemət ORUCOV
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək