Yerə bənzəyən planet kəşf olunub
Tarix: 30-01-2026 17:48 | Bölmə: Slayd

Yerə bənzəyən planet kəşf olunub

Astronomlar Yer ölçüsündə olan və potensial yaşayış üçün əlverişli sayılan yeni planet kəşf ediblər. Yeni kəşf dünya elmində böyük marağa səbəb olub.

Reyting.az-ın məlumatına görə, "HD 137010 b" adı verilmiş bu planet Yerdən təxminən 150 işıq ili uzaqlıqdadır.

Alimlər bildiriblər ki, planet Marsa oxşar şəraitə malikdir.

Yeni planet, Günəşə bənzər ulduz ətrafında 355 günlük orbitə malikdir və onun yaşayış nöqtəsinə düşmə ehtimalı təxminən 50 faizdir.

Marsa bənzəyən bu planeti ən müasir, gələcək nəsil teleskoplarla müşahidə etmək, araşdırmaq mümkündür.

Astronomlar bu planetin xüsusiyyətlərindən də söz açıblar:

“Günəşdən soyuq və zəifdir. Elə bu səbəbdən də "HD 137010 b"nin səthindəki temperatur təxminən -70°C ətrafında ola bilər”.

Mütəxəssislər qeyd ediblər ki, yeni planet daha çox Yerə bənzəsə də, böyük, buzla örtülmüş su ehtiyatının olması mümkündür.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər