Apteklərdə nöqsanlar aşkar edilib
Tarix: 02-02-2026 14:20 | Bölmə: Cəmiyyət

Apteklərdə nöqsanlar aşkar edilib

Ötən ay Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) ümumilikdə 48 əczaçılıq müəssisəsində yoxlama aparıb.

Reyting.az AEM-ə istinadla xəbər verir ki, yoxlamalardan 10-u Bakı şəhərində, 38-i respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib. Keçirilən yoxlamaların 32-si planlı, 16-sı isə plandankənar olub.

Nəticələrə əsasən, 7 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb və pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin 452.1, 452.2 və 452.3-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.





Bölməyə aid digər xəbərlər