Saleh Məmmədov vəzifədən azad edilib - Yeni təyinat - Sərəncam
Bakıda liseydə şagird müəllimi güllələyib - (Yenilənib-4)
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
Bermud üçbucağının sirri açılır
Azərbaycan Rusiyaya nota verib
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə Şah Abbas məscidini ziyarət ediblər - Fotolar
Naxçıvan şəhərinin icra başçısı vəzifədən azad edilib
İki həkim həbs edilib - Məhkəmə zalında
Vensin Bakı səfəri: separatçıların gözləntisi nədir?
"Starlink" interneti tam nəzarətə götürmək istəyir
Vensin Bakı və İrəvana səfər tarixləri açıqlanıb
İcra başçısı Naxçıvana baş nazir təyin edilib
Tarix: 02-02-2026 18:52 | Bölmə: Slayd

“Amerika ilə İran rəsmiləri arasında heç vaxt birbaşa görüş olmayıb, indi də yoxdur. Son vaxtlar İran xarici işlər naziri Abbas Əraqçinin ABŞ nümayəndəsi Stiv Uitkoffla “Vhatsapp” üzərindən mesajlaşdığı bildirilir. Hazırda çoxlu məlumatlar yayılsa da, daha vacibi rəsmi mənbələrin dedikləridir. Ancaq ortada müəyyən söhbətlər və Türkiyənin vasitəçilik məsələsi də var. Türkiyə bölgədə yaranan gərginlik fonunda vasitəçilik etməyə çalışır”.
Bunu “Reytinq” qəzetinə İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani deyib.
İranın xarici işlər naziri Abbas Əraqçinin Türkiyəyə səfər edərək Hakan Fidanla görüşdüyünü xatırladan sabiq səfirin sözlərinə görə, görünür, Türkiyə bu prosesi Qətər və Misirlə bərabər aparır.
Ə. Süleymani qeyd edib ki, ABŞ prezidenti D. Tramp da Türkiyənin vasitəçiliyinə “yaşıl işıq” yandırıb və prezident Ərdoğan Trampla danışıb.
Sabiq səfir bildirib ki, Hakan Fidan ABŞ nümayəndəsi Stif Uitkoffla müzakirə aparıb: “Çalışırlar ki, İstanbul və ya Ankarada görüş təşkil etsinlər. Düşünürəm ki, İran və ABŞ birbaşa danışıqlar aparmalıdır. Hələ Tramp birinci prezidentliyi zamanı - nüvə sazişindən çıxmazdan əvvəl deyirdi ki, gəlin danışaq. Mən onda da danışıqIarın tərəfdarı idim, ancaq görüş olmadı”.
Süleymaninin fikrincə, Türkiyədə birbaşa danışıqların təşkili pis olmazdı və görüşdə Türkiyə ilə yanaşı Qətər və Misirdən də bir nümayəndənin iştirakı mümkündür.
“Tramp deyir ki, İran nüvə silahı tərəfə getməsin, İran da bu məsələdə problem olmadığını söyləyir və “biz qarantiya verməyə hazırıq”, - deyir. Dünya da görsün ki, biz nüvə silahı tərəfə getmirik. Bunu danışa bilərik, amma qarşılığında sanksiyaların ləğvi lazımdır”,- söyləyən sabiq səfir bildirib ki, problem birbaşa danışıqlarla mərhələ-mərhələ həll edilməlidir.
“Qısası, İran tərəfi deyir ki, nüvə silahına tərəf getmədiyimə qarantiya verirəm, əvəzində siz də sanksiyaları qaldırın. Başqa məsələlər haqqında isə İran müzakirə açmır. Çünki raketlər mövzusu İranın milli hüququdur, müdafiə haqqıdır. İran proksi mövzusunu da müzakirəyə açıq elan etmir. Uranın zənginləşdirilməsi məsələsinə gəldikdə, məncə, bu sıfır faiz ola bilməz. Ən azından əvvəlki müqavilədə nəzərdə tutulduğu kimi - 3,67 faiz olmalıdır”.
Süleymani qeyd edib ki, indi İranın 420-440 kiloqram zənginləşdirilmiş nüvəsi var və bu, 60 faizdir: “Məncə, İran bunun ölkədən çıxarılmasına qarşı deyil - Rusiyaya və ya başqa ölkəyə. Türk mediasının yazdığına görə, Türkiyə də onu almaq istəyir. Nəzərə almaq lazımdır ki, bunu başa gətirmək üçün İran böyük pul xərcləyib və bunun haqqı ödənməlidir. ABŞ da ödəyə bilər. Məncə, İran bu 400 kiloqramı verməyə də, nüvə silahına tərəf getməməyə də qarantiya verməyə hazırdır. Əvəzində İrana tətbiq edilən əsassız sanksiyalar aradan götürülməlidir. Ancaq ABŞ tərəfinin qəti mövqeyi yoxdur, xüsusilə ona təsir edən İsrail çalışır ki, müharibə olsun. İndi Trampın nə dərəcədə onların təsiri altında olduğuna baxmaq lazımdır”.
Süleymani sonda əlavə edib ki, ABŞ razılıq versə, bu məsələlər həll ediləcək. Razılıq verməsə, gərginlik olacaq. Bu səbəbdən də o, Türkiyədə görüşün təşkilini vacib sayır.
Nemət ORUCOV
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək