Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Yerə bənzəyən planet kəşf olunub
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 02-02-2026 12:31 | Bölmə: Siyasət

“Ermənistanda növbəti seçkilərə, yəni bu ilin iyun ayına qədər sülh müqaviləsini imzalaya bilərik”.
Reyting.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, bunun üçün Ermənistan yeni Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası olmayacağını öhdəlik kimi götürərsə, biz buna gedə bilərik: “Bizim qanunvericiliklə Ermənistanla bizim aramızda olan savaş Vətən müharibəsi kimi tanınır. Ona görə də Konstitusiyaya görə, sülh sazişinin imzalanması üçün Milli Məclisin razılığı lazımdır. Keçən ilin avqust ayında sülh sazişi paraflanıb. Sülh sazişinin parlamentdə müzakirəsinə ehtiyac var. Təklif edirəm ki, bu yaz sessiyasının iş planına daxil edilsin".
Deputat qeyd edib ki, hazırda Ermənistana Azərbaycan üzərindən yüklər daşınır.
"Azərbaycan Ermənistana yanacaq satır. Əgər Ermənistana yüklər Azərbaycan üzərindən daşınırsa, hesab edirəm Azərbaycana da Ermənistan üzərindən yüklər daşına bilər. Ermənistanla olan dəmiryolu xəttini, o cümlədən Sədərəkdən İrəvana gedən dəmiryolu xəttini biz bərpa etdirə bilərik. Hazırda Türkiyə ilə Ermənistan arasında da mart ayına qədər yolların açılması məsələsi müzakirə edilir. Naxçıvanın sürətli inkişafı üçün Naxçıvana dəmiryolu ilə yüklər daşınmalıdır, biz də Ermənistan üzərindən Naxçıvana yüklər daşımalıyıq. Düşünürəm hökumət bu istiqamətdə müəyyən addımlar atmalıdır”, - Q. Həsənquliyev vurğulayıb.(APA)
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər