09:29 / 08-12-2025
Zelenski Trampı məyus edib
Toy karvanında ağır qəza: ölən və yaralı var - Foto
Tarix: 10-11-2025 15:55 | Bölmə: Xəbərlər
Toy karvanında ağır qəza: ölən və yaralı var

Quba-Xaçmaz yolunun Quba rayonunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Reyting.az
xəbər verir ki, hadisə barədə məlumatı APA yayıb. Bildirilir ki, toy karvanında hərəkətdə olan “VAZ-2107” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə avtomobilin sürücüsü, Xaçmaz rayon sakini, 23 yaşlı Mehdiyev Şahbala Asəf oğlu xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

TƏBİB-dən verilən məlumata görə, avtomobildə olan digər sərnişin - Süleymanov Ceyhun Zülfüqar oğlu Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

2002-ci il təvəllüdlü şəxsə bədənin müxtəlif nahiyələrində çoxsaylı əzilmə və sıyrıq yaraları, həmçinin qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Ona zəruri tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.






Bölməyə aid digər xəbərlər
5-12-2025, 23:45 DÇ-2026: püşk atılıb