Hazırladığı torta zəhər qoyan qadın ailə üzvlərini öldürüb
Tarix: 29-12-2024 15:25 | Bölmə: Cəmiyyət
Hazırladığı torta zəhər qoyan qadın ailə üzvlərini öldürüb

Braziliyanın cənubundakı Rio Grande do Sul əyalətinin Torres şəhərində yaşayan 61 yaşlı Terezinha Anjosun Milad şənliyi üçün hazırladığı torta arsen zəhəri qoyması faciəyə səbəb olub.

Reyting.az
xəbər verir ki, Anjosun hazırladığı tortu yeyən iki bacısı və qardaşı oğlu ölüb.

Tortu yeyən 43 yaşlı Tatyana Anjos, 58 yaşlı Maida Silva və 65 yaşlı Neuza Anjos dünyalarını dəyişiblər.

Bundan başqa, Anjosun 10 yaşlı qardaşı oğlu və başqa bir şəxs də ölüb. Digər ailə üzvü xəstəxanaya yerləşdirilib.

Polis bildirib ki, dekabrın 23-də baş verən hadisədə həyatını itirənlərin yarılması nəticəsində çox güclü zəhər kimi tanınan arsen aşkar edilib.

Torta arsen qoyan qadının ərinin də sentyabr ayında zəhərlənərək öldüyünü bildirən polis əlavə edib ki, bu hadisədən sonra Anjosun həyat yoldaşının da ölümü şübhəli sayılır. Polis ərin ölümü ilə bağlı araşdırmaya başlamaq üçün məzarın açılmasını istəyib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
28-12-2024, 13:02 Sabah yağış yağacaq
26-12-2024, 12:56 Sabah yağış yağacaq

bütün xəbərlər