19:36 / 07-11-2025
Yaşar Güler Bakıya gəlib
16:45 / 07-11-2025
Tiktoker həbs edilib
"Bakı Metropoliteni" gücləndirilmiş iş rejiminə keçəcək
Tarix: 07-11-2025 17:38 | Bölmə: Cəmiyyət
"Bakı Metropoliteni" gücləndirilmiş iş rejiminə keçəcək

"Bakı Metropoliteni" QSC noyabrın 8-də keçiriləcək Zəfər Gününə həsr olunmuş hərbi parad və konsert proqramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək.

Reyting.az
xəbər verir ki, paytaxtın mərkəzində yerləşən "İçərişəhər", "Sahil" və "28 May" stansiyalarında nəzarət və növbətçilik mexanizmləri artırılacaq, sərnişin axınının tənzimlənməsi üçün əlavə işçi qüvvəsi cəlb olunacaq.

Sərnişinlərin təhlükəsiz və rahat daşınmasını təmin etmək məqsədilə ehtiyac yaranarsa, ehtiyat qatarlar da xəttə buraxılmağa hazır vəziyyətdə saxlanılacaq.




Bölməyə aid digər xəbərlər
2-11-2025, 13:04 Sabah yağış yağacaq