Fariz Babayev direktor vəzifəsindən azad edilib - (Yenilənib)
Tarix: 31-10-2025 13:18 | Bölmə: Cəmiyyət
Fariz Babayev direktor vəzifəsindən azad edilib - (Yenilənib)

Respublika Klinik Uroloji Xəstəxanasının direktoru Fariz Babayev vəzifəsindən azad olunub.

Reyting.az
xəbər verir ki, məlumatı TƏBİB "Report"a təsdiqləyib.

Qeyd edilib ki, o öz ərizəsi ilə işdən azad edilib.

***

Xəbər verdiyimiz kimi, Respublika Klinik Uroloji Xəstəxanasının direktoru Fariz Babayevin vəzifəsindən azad olunmasına dair məlumat yayılıb.


Globalinfo.az məsələ ilə bağlı Fariz Babayevlə əlaqə saxlayıb.

O, məlumatı təsdiqləyib:

“Könüllü şəkildə öz ərizəmlə işdən ayrılmışam. Səbəbi sirr deyil, amma açıqlamaq da istəmirəm. Hər işdə problemlər olur. 44 il həkim olaraq çalışmışam, bundan sonra da fəaliyyətimi davam etdirəcəm”.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin baş nefroloqu olan Fariz Babayev 1963-cü ildə Lənkəran şəhərində anadan olub.

2003-2021-ci illərdə Respublika Klinik Uroloji Xəstəxanasının Hemodializ şöbəsinin müdiri vəzifəsində çalışıb. 2006-cı ildən Avropa Nefroloqlar və Dializ Assosiasiyasının üzvüdür.




Bölməyə aid digər xəbərlər