19:36 / 07-11-2025
Yaşar Güler Bakıya gəlib
16:45 / 07-11-2025
Tiktoker həbs edilib
Əfqanıstandakı zəlzələ Qazaxıstanda da hiss olunub
Tarix: 03-11-2025 09:19 | Bölmə: Cəmiyyət
Əfqanıstandakı zəlzələ Qazaxıstanda da hiss olunub

Bu gecə Əfqanıstanda 6,3 bal gücündə zəlzələ baş verib.

Reyting.az
bildirir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Zəlzələnin episentri Hulm bölgəsində 35 kilometr cənub-qərbdə olub.

İlkin məlumata görə, zəlzələ nəticəsində ən azı yeddi nəfər ölüb, təxminən 150 nəfər yaralanıb. Ölən və yaralananların sayı arta bilər.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir ki, Əfqanıstanda baş vermiş zəlzələ Türküstan bölgəsinin yaşayış məntəqələrində 2,0 bal gücündə hiss edilib.

“Zəlzələ bu gecə Astana vaxtı ilə saat 2:29-da qeydə alınıb. Zəlzələnin episentri Almatı şəhərindən 1079 km cənub-qərbdə yerləşir”,- deyə nazirliyin məlumatında qeyd olunur.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
2-11-2025, 13:04 Sabah yağış yağacaq