09:47 / 07-10-2025
Ucarda sakinini "tok" vurub
Rusiyalı milyonçunun İngiltərədəki malikanələri qarət edilib
Tarix: 07-10-2025 08:57 | Bölmə: Cəmiyyət
Rusiyalı milyonçunun İngiltərədəki malikanələri qarət edilib

Rusiya Müəlliflər Təşkilatının (RAO) keçmiş rəhbəri Sergey Fedotovun İngiltərədəki mülklərində indi bayquşlar ulayır.

Reyting.az
xəbər verir ki, bu barədə «Daily Mail» məlumat yayıb.

Nəşrin yazdığına görə, İngiltərənin «Hollywood Hills» kimi tanınan nüfuzlu Brigton bölgəsində Sergey Fedotova və onun keçmiş həyat yoldaşı Kira Fedotova məxsus üç malikanə talan edilib. Evlər on ilə yaxındır boş qalıb, məhəllənin görkəmini korlayıb.

Fedotov 2012-2014-cü illərdə burada üç ev alıb, onlara təxminən 8,8 milyon funt sterlinq (indiki məzənnə ilə 11 milyon dollardan çox) xərcləyib və təmir edib. Sonradan onun həyat yoldaşının adına iki mülk rəsmiləşdirilib.

Rusiyada Fedotov maliyyə cinayətlərinə görə iki dəfə məhkum edilib. 2020-ci ildə RAO fondlarından 762 milyon rubl mənimsədiyinə görə beş il həbs cəzası alıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər