17:12 / 06-10-2025
Tokayev Qəbələyə gəlib
Samux rayonunda 44 yaşlı kişi ölümcül döyülüb
Tarix: 06-10-2025 16:13 | Bölmə: Cəmiyyət
Samux rayonunda 44 yaşlı kişi ölümcül döyülüb

Samux rayonunda 44 yaşlı kişi döyülüb.

APA-nın yerli bürosuna məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Rayon sakini, 1981-ci il təvəllüdlü Z. Səmədov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Dərhal ona yardım edilib, hazırda 44 yaşlı kişinin vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə Z. Səmədov hadisə vaxtı sərxoş olub. Onun keçmiş qayınatası tərəfindən küt alətlə döyüldüyü bildirilir.

Baş vermiş hadisə ilə bağlı araşdırmaya başlanıb.

TƏBİB-dən APA-ya verilən məlumata görə, oktyabrın 6-da saat 01:40 radələrində 1 nəfər (kişi cinsli) Samux Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Başın açıq yarası, üzün çapılmış yaraları, dəqiqləşdirilməmiş pnevmotoraks, said sümüklərinin dəqiqləşdirilməmiş hissəsinin sınığı diaqnozları təyin edilən şəxsə ilkin tibbi xidmət göstərilib.

Pasiyent daha ixtisaslı tibbi xidmət üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya təxliyə olunub. Müvafiq şöbədə müalicəsi davam etdirilən şəxsin vəziyyəti orta ağırdır.




Bölməyə aid digər xəbərlər