20:31 / 02-12-2023
İlham Əliyev BƏƏ-nin Milli Günü ilə bağlı tədbirdə iştirak edib
20:18 / 02-12-2023
Ekspert: “Ermənistanın təxribatına sərt cavab veriləcək”
19:52 / 02-12-2023
Ukrayna kəşfiyyatının ruslara qarşı əməliyyatı....
19:00 / 02-12-2023
Ukraynada məhv edilmiş Rusiya texnikalarının emalı üçün zavod açıla bilər
18:41 / 02-12-2023
Zelenskinin xanımı: “Ərimin ikinci dəfə prezident olmasını istəmirəm”
18:25 / 02-12-2023
Professor: “Ermənistan dəhliz məsələsini gündəmdən çıxarmağa çalışır”
17:42 / 02-12-2023
İqtidar partiyası müxalifətin rəhbərlik etdiyi bələdiyyələri ələ keçirir
17:16 / 02-12-2023
İsrail: döyüşərək danışıqlar apara bilərik
14:00 / 02-12-2023
Deputatlar daha 22 qanuna dəyişiklik edəcək - Siyahı
13:36 / 02-12-2023
Qərargah rəisi Ermənistanla sərhədə gedib, tapşırıqlar verib - Video
13:18 / 02-12-2023
Sabahın hava proqnozu açıqlanıb
11:14 / 02-12-2023
İlham Əliyev Laos prezidentini təbrik edib
10:32 / 02-12-2023
Rusiyaya görə ölkələrə təzyiq edirlər
10:06 / 02-12-2023
Bakıda avtomat silah satmaq istəyən şəxs saxlanılıb - Foto
09:27 / 02-12-2023
Moskva aeroportlarında 40-dan çox reys təxirə salınıb
09:21 / 02-12-2023
Ukraynada sovet abidələri ilə bağlı qalmaqal yaranıb
08:58 / 02-12-2023
Qəzzada ölən jurnalistlərin sayı 61-ə çatıb
22:45 / 01-12-2023
Dünya çempionatı: güləşçilərimiz 5 medal qazanıb
21:01 / 01-12-2023
Ceyhun Bayramov: "Ermənistanın hərbi potensialını gücləndirməsi və..."
19:27 / 01-12-2023
Estoniya Rusiya ilə sərhədi bağlaya bilər
19:01 / 01-12-2023
Keçmiş bank sədri məhkəmə zalında həbs edilib
18:16 / 01-12-2023
Axtarışda olan şəxs Gürcüstandan ölkəmizə gətirilib
18:01 / 01-12-2023
Azərbaycan millisinin voleybolçusu əməliyyat olunub
17:52 / 01-12-2023
Naxçıvanda 11 məktəbə direktor təyin edilib
17:44 / 01-12-2023
Əziz Orucov apellyasiya şikayəti verib
17:33 / 01-12-2023
Əli Əsədov Şuşa ilə bağlı sərəncam imzalayıb
17:31 / 01-12-2023
Qadınlar yaşa dolduqca daha seksual olurlar - Fotolar
17:28 / 01-12-2023
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini təbrik edib
17:22 / 01-12-2023
Rusiyanın 8,8 milyard dollarlıq aktivi dondurulub
15:20 / 28-11-2023

02:15 / 01-12-2023

23:26 / 28-11-2023

19:37 / 28-11-2023

20:42 / 29-11-2023

13:34 / 28-11-2023

23:50 / 29-11-2023

17:16 / 28-11-2023

00:02 / 30-11-2023

00:01 / 01-12-2023

Demokratiyanın qətli... - Araşdırma
Tarix: 31-03-2023 21:54 | Bölmə: Slayd / Araşdırma

Martın 30-da ABŞ-ın təşkilatçılığı ilə 2-ci “Demokratiya sammiti” virtual formada işə başlayıb. Bayden Administrasiyasının təşəbbüsü ilə baş tutan builki sammitə dəvət olunan ölkələrin sayı 120-yə çatdırılıb. 2021-ci ilin dekabrında keçirilmiş 1-ci Sammitə dəvət edilməmiş - Bosniya və Hersoqovina, Qambiya, Honduras, Kot-D’ivuar (Fil dişi), Lixtenşteyn, Mavritaniya, Mozambik və Tanzaniya (8 ölkə) ilə sıralar "genişləndirilib".

Rəsmi paytaxtı olmayan, iqtisadiyyatı dəniz quşlarının nəcisləri (guano) üzərində qurulmuş, 10 min əhaliyə malik siyasi sistemi və idarəetmə forması hələ də müəyyənləşməyən Naurunun hansı demokratik ənənəsi ilə bu siyahıya düşdüyünün naməlumluğu təəccüblü deyilmi?

Yaxud, mərcan adası olan, 9 min əhaliyə malik və bələdiyyə başçısının əmrləri ilə idarə edilən Tuvalu ada-dövlətinin demokratiya adına hansı özəlliyi var?

Sirr deyil ki, eyni siyasi-inzibati idarəçiliyə malik Fici, Kiribati, Marşall adaları, Mikroneziya, Palau, Papua, Solomon adaları, Tonqa, Vanuatu kimi cırtdan qəbilə dövlətlərin dünya siyasi coğrafiyasında yeri və adı dünya ictimaiyyətinin 90+ faizinə bəlli deyil.
Maraqlıdır ki, bu ada-dövlətlərin rəhbərləri dünyada separatçı-kriminal, terrorçu rejimlərlə normal demokratik sistemi olan ölkələri bir-birindən ayırmağı belə bacarmırlar. Məsələn, Nauru, Tuvalu və Vanuatu Gürcüstana məxsus Abxaziya və Cənubi Osetiyanı 100 illik tarixi olan (?) müstəqil dövlət kimi tanıyırlar. Yaxud, Vaşinqtonun yaxın müttəfiqi Filippinin və Tayvanın dəvət edilməsi anti-Çin ritorikasından qaynaqlanır. Filippin Şərqi Asiya və Sakit okean regionunda 15 dövlət arasında demokratiya indeksinə görə ən aşağı yerlərdən birini tutur. Tayvan isə Çinin "de-yure" ərazisidir, bu yanaşmanın özü Amerikanın demokratiyaya deyil, separatizmə dəstək verməsinin nümunəsidir.
Sammitə dəvət olunmuş ölkələrin demokratikliyinə gəlincə, onların böyük əksəriyyətində normal siyasi strukturlar, demokratik təsisatların təmin edilməsi və s. istiqamətlərdə islahatlardan danışmaq belə mümkün deyil.
Ötən il yayılan hesabatlara diqqət edək:
1. “The Economist, Intelligence Unit” in “2022-ci il: Demokratiya indeksi” hesabatında sammitə dəvət edilmiş ölkələrin mütləq əksəriyyəti demokratiya, insan haqları, ifadə azadlığı, məhkəmə hakimiyyətinin vəziyyəti və digər meyarlar üzrə ən pis mövqeyə malikdirlər. Məsələn, Uganda 99-cu, Nepal 101-ci, Qambiya 102-ci, Nigeriya 105-ci, Mavritaniya 108-ci, Angola 109-cu, Niger 112-ci, Qabon 118-ci, Efiopiya 122-ci, İraq 124-cü, Burkino-Faso 127-ci, Toqo 130-cu, Zimbabve 132-cü, Konqo Demokratik Respublikası136-cı, Ginea 145-ci, Qvineya 147-ci, Burundi 148-ci, Liviya 151-ci, Ekvatorial Qvineya 158-ci, Konqo 162-ci, Mərkəzi Afrika Respublikası 164-cü yerlərdə qərarlaşıblar.
2. Sammitə dəvət edilmiş ölkələrin ən azı 40 faizi “Freedom House” təşkilatı tərəfindən ötən il ən pis demokratik meyarlara malik ölkələr kimi dəyərləndirilib. Təşkilatın 2022-ci ildə demokratiya və insan haqları hesabatında həmin ölkələrin əksəriyyətinin demokratik indekslər üzrə vəziyyətinin pisləşdiyini görmək olar. Niger, Zambiya, Surinam, Trinidad –Tobago, Sudan, Benin, Konqo, Qvineya, Mali, Nauri, Mozambik, Tanzaniya kimi ölkələr demokratik meyarların bütün göstəricilərinə görə, qeyri-qənaətbəxş dövlətlər qrupunda yer alıb. (“Freedom in the World 2022”. Səh 18-19: My Webpage).

3. “Amnesty International”ın “Dünyada İnsan Haqlarının Durumu 2022-2023” hesabatında Afrika regionu ölkələri üçün xarakterik oxşar cəhətlər kimi tayfalararası münaqişə və toqquşmaların baş verməsi, insan hüquqlarının ağır pozuntuları və sui-istifadələrinə görə, münaqişə qurbanların sayının artması, adi elementar yaşayış hüquqlarından məhrumetmə, milyonlarla insanın qida, sağlamlıq və adekvat həyat şəraitləri üzrə hüquqlarının kəskin pisləşməsi, kriminal qruplaşma-tayfa birliklərinin dinc müxalifəti susdurmaq üçün müxtəlif qanlı taktikalar tətbiq etməsi, etirazların qadağan edilməsi və zorakılıqla dağıdılması, hüquq müdafiəçiləri, fəallar, jurnalistlər və müxalifət nümayəndələrinin hədə-qorxu və təqiblərlə, o cümlədən həbslərə məruz qalması göstərilir. Ötən il silahlı qrupların 1800-dən çox dinc sakini öldürdüyü Konqonun şərq bölgələrində mülki şəxslərə qarşı hücumlar intensivləşib. Efiopiyada hökumət qüvvələri və silahlı qrupların mülki şəxslərə qarşı hədəfli hücumları kütləvi qətllərə səbəb olub. Burkina-Faso, Niger, Nigeriyada sılahlı toqquşmalarda onlarla insan öldürülüb. Qvineya, Keniya, Nigeriya, Seneqal, Sierra Leone, Somali və Sudanda təhlükəsizlik qüvvələrinin həddindən artıq güc tətbiq nəticəsində çoxlu sayda etirazçı qətlə yetirilib.

Siyahını uzatmaq da olar, ancaq bu faktlar mənzərəni tam əks etdirir və qeyd etdiyimiz ölkələrin mütləq əksəriyyəti “Demokratiya sammitində” Baydenin demokratik düşərgəyə aid təmsilçiləri hesab edilir və insan haqlarını müzakirə edirlər.
Sammit iştirakçısı Ermənistan barəsində...
“Amnesty International” təşkilatının sözügedən hesabatında Ermənistandakı ictimai-siyasi-demokratik vəziyyət də qeyri-qənaətbəxş qiymətləndirilib. Hesabatın xülasəsində Ermənistanla bağlı əsas məqamlar hüquq-mühafizə orqanlarının nümayəndələrinin hökumət əleyhinə etirazlar zamanı qeyri-mütənasib güc tətbiq etməsi, söz və media azadlığı məhdudlaşdırılması, məmurları təhqir etdiyinə görə, yüzlərlə insanın cinayət məsuliyyətinə cəlb edilməsi, cinsi oriyentasiya və gender kimliyinə əsaslanan ayrı-seçkiliyə qarşı qanunların qeyri-adekvat olaraq qalması və digər hallarla bağlıdır.
Hesabat müəlliflərinin qənaətinə görə,
♦2022-ci il iyunun 3-də hökumət əleyhinə baş vermiş şiddətli toqquşmalardan birində polis minlərlə etirazçının Ermənistan parlamentinin binasına yaxınlaşmasının qarşısını almaq üçün səs qumbaralarından və qeyri-mütənasib gücdən istifadə edib. Onlarla insan “kütləvi zorakılıq”da iştiraka görə saxlanılıb. Etiraz aksiyalarını işıqlandırarkən ən azı 11 jurnalist yaralanıb, digər jurnalistlərin aksiyaları işıqlandırmasına mane olunub.
♦ “Amnesty İnternational”ın hesabatında ifadə azadlığına dair bölmədə qeyd olunur ki, hakimiyyət medianın haqlı tənqidlərinə görə, cinayət təqiblərini artırıb, nəticədə söz azadlığı sahəsində narahatedici durum yaranıb. İctimai xadimlərin təhqir olunmasının cinayət məsuliyyəti kimi təsbit edilməsini nəzərdə tutan qanunvericilik aktına dəyişikliklərin qüvvəyə minməsindən sonra vəzifəli şəxsləri təhqir etmə ittihamı ilə 200-dən çox cinayət işi açılıb.
♦ 2022-ci il Ermənistanda cinayət işlərinin və həbslərin sayı baxımından da “zəngin” olub. Ötən il siyasi və ictimai xadimlərə, fəallara qarşı başlanmış cinayət işlərini sayı çoxalıb. İctimai-siyasi xadim, “Arar” Fondunun həmtəsisçisi Avetik Çələbyan barəsində ötən ilin may ayında “mitinqlərdə, o cümlədən qanunsuz yığıncaqlarda, yürüşlərdə və ya nümayişlərdə iştiraka məcbur etmə, hədə-qorxu ilə məcbur etmə” maddəsi ilə cinayət işi başlanılıb və o, saxlanılıb.
♦ Tanınmış bloger və prodüser Armen Qriqoryan siyasi motivlərlə bağlı həbs edilmiş və o, elə məhkəmə zalındaca vəfat etmişdir.
♦ Noyabrın ortalarında Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyanın təqsirləndirilən şəxs qismində saxlanılıb. Mənbə: My Webpage
♦ 2022-ci il iyun ayında müqavimət hərəkatının etirazları zamanı 2100-dən çox insan saxlanılıb. Polis etirazçılara atəş açıb və səs qumbaralarından istifadə edib. Nəticədə onlarla insan yaralanıb. Mənbə: My Webpage
♦ Paşinyan administrasiyası sosial şəbəkələrdə hökuməti tənqid edən bloqqerlərdən, sosial media nümayəndələrinə qarşı amansız davranmaqdadır. Ermənistan Müstəqillik Hərəkatının lideri Edqar Qazaryan ötən il hökumətin sifarişli reket qrupları tərəfindən hücuma məruz qalaraq başından xəsarət alıb. Siyasətçi bunu Paşinyan hökumətinin siyasi sifarişi adlandırıb. Mənbə: My Webpage
♦ Ermənistanın “Söz Azadlığını Müdafiə Komitəsi” təşkilatı bir müddət əvvəl ölkədə söz və ifadə azadlığı, medianın fəaliyyəti və media əməkdaşlarının hüquqlarının pozulması ilə bağlı 2022-ci il üçün hesabatını açıqlayıb. Hesabata görə, ötən il media qurumlarına və onların əməkdaşlarına qarşı hücumlar və fiziki zorakılıqlar davam edib. Ötən il jurnalistlərə qarşı 14 fiziki zorakılıq faktı qeydə alınıb, KİV əməkdaşlarına qarşı təzyiq faktlarının sayı 55 olub. 2022-ci ildə informasiya əldə etmək və yaymaq hüququ ilə bağlı 115 pozuntu qeydə alınıb və bu, 2021-ci illə müqayisədə 16 hal çoxdur. Komitənin sədri Aşot Melikyan bildirib ki, məmurların və hüquq-mühafizə orqanı əməkdaşlarının jurnalistlərə qarşı təhqiramiz davranışları əvvəlki illərdə olduğu kimi qalmaqdadır. Mənbə: My Webpage

♦ Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2022-ci ildə Ermənistana qarşı 31 ərizə üzrə 21 qərar çıxarıb. Qərarda ən çox qanunsuzluqlar kimi insan hüquq və azadlığının qanunsuz məhdudlaşdırılması, şəxsi toxunulmazlıq və qeyri-insani və ləyaqəti alçaldan rəftardan qorunmaq hüquqlarının pozulması halları təsnifləşdirilib. Məlumata görə, Ermənistan Avropa Şurası ölkələri arasında ən çox şikayət ünvalanan və baxılan müraciətlərə malik ölkələrdən biridir. (1250 müraciət və ya AŞ-nin ümumi müraciətlərin 1,7%-i). Mənbə: My Webpage
♦ ABŞ Dövlət Departamentinin “İnsan Hüquqlarına dair 2022” hesabatında isə Ermənistanla bağlı aşağıdakıları əsas problemlər kimi qabardır:
- təhlükəsizlik qüvvələrinin üzvləri tərəfindən işgəncələrə məruz qalma;
- ağır həbsxana şəraiti;
- əsassız həbslər;
- məhkəmə müstəqilliyi ilə bağlı ciddi problemlər;
- şəxsi həyatın toxunulmazlığına özbaşına və ya qanunsuz müdaxilə;
- ifadə azadlığının məhdudlaşdırılması;
- vətəndaş cəmiyyəti xadimlərinə və LGBT üzvlərinə qarşı zorakılıq və ya zorakılıqla hədələmə və digər cinayətlər; Mənbə: [url=https://www.state.gov/reports/2022-country-reports-on-human-rights-practices/armenia/]My Webpage[/url]
♦ “Human Rights Watch” təşkilatının 2022-ci ilə dair hesabatında Ermənistanda parlament üzvlərinin və dövlət məmurlarının vətəndaş cəmiyyəti institutlarının üzvlərinə, hüquq müdafiəçilərinə və ictimai fəallara qarşı təqibləri, eləcə də 2021-ci ildə jurnalistlərə qarşı fiziki zorakılığa məruz qalma hallarını qeyd edib. Hesabatda parlamentin spikeri tərəfindən müxalifyönlü medianın çəkilişlər aparmasınnı qadağan olunması, “Yezidi İnsan Haqları Mərkəzi”nin sədri Saşik Sultanyana qarşı saxta məhkəmə ittihamının irəli sürülməsi, Ermənistanda yezidi azlıqlara qarşı ayrı-seçkiliklərin geniş vüsət alması, LGBT üzvlərinin zorakılıqla üzləşməsi, ifadə azadlığı hüququnun pozulması və s. halların demokratik prinsiplərə zidd olmasından da bəhs edilir.

♦ Azərbaycanın Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun Ermənistanda insan hüquq və azadlıqlarının pozulması faktları ilə bağlı təqdim etdiyi hesabatda da 2020-2022-ci illər ərzində Ermənistanda insan hüquq və azadlıqlarının pozulması halları, mülki əhaliyə qarşı qəddar münasibət, nümayişlər zamanı saxlanılan şəxslər, jurnalistlərə qarşı cinayət işləri haqqında vəziyyət öz əksini tapıb.
Bu cür hesabatlara rəğmən Amerika anti-demokratik imicə malik Ermənistanı 2 il ard-arda “Demokratiya sammiti”nə dəvət edir. İşğalçı, terroru dəstəkləyən, anti-demokratik dövlət isə sammitdə özünün riyakar və hiyləgər simasını nümayiş etdirməklə ABŞ rəhbərliyini çətin vəziyyətdə qoyur. Paşinyanın Rusiya-Ukrayna müharibəsi ilə bağlı bəyanata imza atmaqdan boyun qaçırması rəsmi Vaşinqtona xəyanət hesab edilir və Ermənistan rəhbərliyinin ikiüzlü simasının göstəricisidir. İrəvan bu addımı ilə demokratik dəyərlərin, insan haqlarının müdafiəsiçi deyil, işğalın, qanın, separatizmin yanında olduğunu, Rusiyanın siyasətini dəstəklədiyini gizlətmədi.
Ermənistan və digər bu tipli ölkələrin bu cür mövqeyi və yanaşmaları həm də ABŞ-ın “demokratiya sammitini” ifşa edir. Artıq bunu Amerikanın tanınmış ictimai fikir sahibləri də etiraf edərək sammitin mənasız və faydasız bir toplantıya çevrildiyini vurğulayırlar. Məsələn, ABŞ-ın “Responsible Statecraft” media orqanında nəşr edilmiş məqalədə müəllif Daniel Larison qeyd edir ki, Birinci “Demokratiya sammiti” Baydenin öz fəaliyyətini dünyaya nümayiş etdirmək üçün mənasız bir məşq idi, belə bir məntiqsiz tədbirin ikinci dəfə təşkil olunması suallar doğurur. Müəllif təəccüblə vurğulayır ki, NATO müttəfiqləri olan Türkiyə və Macarıstanın dəvətlilər siyahısından çıxarılması anlaşılan deyil. ABŞ və digər ev sahibi ölkələr yol verdikləri bu cür ayrı-seçkiliyə aydınlıq gətirməli, izahat verməlidir.

D. Larison eyhamla onu da bildirir ki, ev sahibi ölkəni tərif edən çıxışlar, ikiüzlülük və favoritizmlə müşaiət edilən sammit dünyada demokratiya ilə bağlı ciddi problemləri həll etmək əvəzinə, Asiya və Afrikada anti-demokratik və avtoritar ölkələrin yürütdüyü yarıtmaz siyasətlərə göz yummaqla demokratiyanı qətl etdi.
Sammitin əhəmiyyəti nədir, 2021-ci ildə keçirilmiş 1-ci Sammitdə qəbul edilən qərarlar dünya demokratiyasına və iştirakçı ölkələrdə demokratik ab-havaya necə təsir edib?
Real mənzərə ondan ibarətdir ki, 2021-ci il 9-10 dekabr tarixlərində keçirilmiş 1-ci “Demokratiya sammit”inin gündəliyində duran 3 mövzu - avtoritarizmə qarşı müdafiə, korrupsiya ilə mübarizə və insan hüquqlarının təmin edilməsi sahəsində son bir ildə vəziyyət yaxşılaşmağa dorğu deyil, pisləşməyə doğru gedib.
Yuxarıda vurğuladıq ki, beynəlxalq təşkilatların 2022-ci ilə dair demokratiya və insan haqları ilə bağlı hesabatlarında “sammit ölkələri”nin böyük əksəriyyətində demokratik prinsip və meyarlar pisləşib.
Eyni zamanda, 1-ci Sammitdən sonrakı dövrdə ABŞ-ın “müttəfiqlərinin” əksəriyyətində korrupsiya halları daha da artıb.
Beynəlxalq Valyuya Fondunun (BVF) hesabatına görə, Afrika və Latın Amerikası ölkələrində tayfalar və klanlarası korrupsiya halları dərinləşib və trans-mili cinayətlərin sayının artmasına səbəb olub. Pul-sərvət uğrunda mübarizə hakimiyyətlər uğrunda qanlı toqquşmalarla müşayiət olunmaqdadır. BVF-nin ekspertlərinin hesabatlarına əsasən, Çili, Botsvana. Barbados, Panama, Dominikan, Kosta-Rika, Niger, Nigeriya, Qambiya, Kot-Divuar, Qana, Seneqal, Burkino-Faso, Soloman adaları, Trinidad və Tabaqo və digər ölkələrdə korrupsiya riskləri təhlükə kimi qalmaqdadır. Həmin ölkələrdə korrupsiya cinayətləri üzrə oxşar xarakterik cəhətlər narkoticarət, çirkli pulların yuyulması, iqtisadi sərvətlər uğrunda qanlı toqquşmaların ənənə halını alması, iqtisadi qanunların işləməməsi, müxtəlif əyalət məmurlarının əmrləri əsasında sərvətlərin qeyri-bərabər bölgüsü və s. amillərdir.
Eləcə də 2022-ci ildə ABŞ, Avropa Birliyində dünyanı silkələyən korrupsiya qalmaqalları baş verib. Senator Menendezin barəsində başlanmış cinayət işində digər konqresmenlər Frank Pallone, Adam Şif, Robert Dold, Bred Şerman, Barbara Bokserin də adı hallanır. Avropa Parlamentinin sədr müavini xanım Yeva Kayl və onunla əlbir olan böyük bir korrupsiya şəbəkəsinin ifşa edilməsi, bir neçə Aİ deputatının həbs olunması, Yunanıstan, Fransa və digər ölkələrin məmurları ilə korupsiya işbirliyində təqsirləndirilən deputatları və ortaqları barədə dünya mediasının dərc etdiyi materiallar yüzlərlədir, bu nəhəng faktları görməmək, hesabatda qiymət verməmək ikili yanaşmanın ən böyük təzahürüdür. Mənbə: My Webpage
Göründüyü kimi, J. Baydenin 1-ci Sammitdə iştirakçı ölkələrə anti-korrupsiya tövsiyələrindən sonra Amerika başda olmaqla, əksər ölkələrdə korrupsiya halları artıb.
“Sammit ölkələri”nin digər bir hədəfi olan avtoritarizmə qarşı müdafiə sahəsində də ötən bir il ərzində vəziyyət yaxşılaşmaq əvəzinə pisləşib. Bir çox ölkələrdə, Amerika, Asiya və Afrika qitələrində dövlət çevrilişləri, qiyamlar, qanlı toqquşmalar, həbs və işgəncələr avtoritarizmin daha da güclənməsinə səbəb olub.

BMT-nin dəstəyi ilə dərc edilmiş “Həyacan 2022. Münaqişələr, insan hüquqları və sülh quruculuğu” hesabatına əsasən, sosial-siyasi böhranlar və toqquşmaların, işkəncələrin baş verdiyi əsas region Afrika olubdur. Efiopiya, Qvineya, Keniya, Mali, Mərakeş, Sahara, Nigeriya, Sudan, Əlcəzair, Burkina Faso, Kot-D’ivuar, Efiopiya, Tanzaniya, Tunis, Uqanda, Mərkəzi Afrika, Ekvatorial Qvineya, Eritreya, Zambiya, Niger, Nigeriya və Zimbabvedə hakimiyyətin avtoritar idarəçiliyinə qarşı etiraz edən şəxslərə qarşı silahlı qüvvələr tərəfndən qanlı qətllərin törədilməsi, demokratiya tələb edən ictimai fəallara və müxalifətə qarşı repressiyaların artması, seçki islahatı ilə bağlı tələblərə zorakı müdaxilələrin güclənməsi, insanlar arasında ayrı-seçkiliyə məruz qalma hallarının daha da dərinləşməsi müşahidə edilib. Bu cür xarakterik hallar Amerika ölkələrindən isə Kolumbiya, Haiti, Meksika, Venesuela, Peru, Boliviya, Çili, Salvador, Qvatemala, Honduras və Nikaraquada da qeydə alınıb. Eləcə də, Asiya və Sakit okean ölkələrindən Myanma, Hindistan, Filippin, İndoneziya, Tayland, Banqladeş və digər ölkələrdə insan haqlarının amansızlıqla kütləvi pozulması, işgəncələrin artması halları qalmaqdadır. (“Alert 2022! Report on conflicts, human rights and peacebuilding. Səh 15-20 My Webpage).
Tədbirin təşkilatçıları qismində USAİD və onun ermənipərəst rəhbəri Samanta Pouerin yer alması, müxtəlif bölgələrdə qarışıqlıq və təxribatlar, qanlı toqquşmalar ssenarisinə dəstək verən NED-in olması, həmçinin Corc Sorosun xüsusi rolunun olması, “sammitin” kimə və nəyə xidmət etməsi barədə şübhələrə yer qoymur, dəvət olunan dövlətlərin qərəzli, ədalətsiz və qeyri-sağlam məntiqlə seçilməsini təsdqiləyir. ABŞ “şinelindən çıxan” ölkələri bir araya gətirilməklə “demokratiya” görüntüsü yaratmaq, süni imitasiya məqsədi güdür.
Sammitin anti-türk fobiyasını açıq-aşkar hiss etmək olar. Türkiyə kimi nəhəng demokratik ənənələri olan dövlətin, Cənubi Qafqazın lider ölkəsi Azərbaycanın, Türk Dövlətləri Təşkilatının üzvlərinin və bu təşkilatın üzvünə çevrilən Macarıstanın dəvətdən kənarda qalması, tədbirə demokratiyadan uzaq, fundamental insan hüquqlarının pozulduğu ölkələrin çağırılması sammitin anti-demokratik mahiyyətini ifşa edir, Amerikanın qlobal səviyyədə öz rəqiblərinə qarşı yürütdüyü siyasətin təzahürü kimi özünü göstərir.
Sonda onu da vurğulayaq ki, demokratiya hər hansı bir ölkənin, özünü dünyanın sahibi hesab edən güclərin və qütblərin şəxsi inhisarında olan xüsusi mülkiyyət deyil, demokratiya bütün dünya dövlətlərinin, bəşəriyyətin, cəmiyyətlərin ortaq dəyərləridir. Bu baxımdan, “demokratiya sammiti”ndə hansı ölkənin iştirak edib-etməməsi onun demokratik imicini, demokratiya prinsiplərinə sadiqliyini ifadə etmir.(faktyoxla.az)
Reyting.az
Bölməyə aid digər xəbərlər

5-08-2023, 16:30
Məzar təpikləyənlərin xələfləri - fransızlar
12-04-2023, 09:12
Dünyada cinayət nisbəti: bəzi ölkələr cəhənnəm vadisi, bəziləri yer üzünün cənnətidir
10-04-2023, 16:34
Ən təhlükəli, ən zəgin və ən ucuz şəhərlərin adı açıqlanıb - Siyahı
10-04-2023, 06:58
Böyük təhlükə xəbərdarlığı - Professor dövlət başçısına müraciət edib
31-03-2023, 21:54
Demokratiyanın qətli... - Araşdırma
24-03-2023, 22:33
Azərbaycanın xarici borcu nə qədərdir? - Araşdırma
16-12-2022, 10:33
Ermənilərin statistik yalanı - Qarabağda nə qədər erməni yaşayır?
23-08-2022, 11:06
Professor Azərbaycan prezidentinə müraciət edib: “Elmimizi xilas edin!”
22-03-2022, 13:10
Dünya ticarətinin 80 faizini təşkil edən gəmiçilik məhv edilib
11-03-2022, 16:09
Taxıl qıtlığı: dünya gözünü Avropa istehsalçılarına zilləyib
11-03-2022, 14:33
Böyük güclər Ukrayna səmasını niyə qapatmaq istəmir?
17-02-2022, 15:45
Kürdə su azalır: "Vəziyyət yaxın illərdə düzəlməyəcək" - Araşdırma
11-11-2021, 16:47
Pandemiyanın daha bir fəsadı - Alimlər həyəcan təbili çalır
11-11-2021, 13:51
Ermənilərin törətdiyi ekoloji fəlakət beynəlxalq səviyyədə müzakirəyə çıxarılıb - Araşdırma
31-10-2021, 09:46
Baş tutmayan 12-ci abortun “fəsadı”: bioloji ana məşhur qızdan üzr istəyəcək - Fotolar
24-10-2021, 15:13
Naqafil güllə xanım-operatorun həyatına son qoyub - Fotolar
27-08-2021, 15:45
Azərbaycandakı əcnəbilərə vaksin vurulmur: pasportu necə alsınlar?
3-03-2021, 15:15
Koronavirusdan sağalanların səhhətində başqa problemlər yaranır
8-02-2021, 13:53
Azərbaycanın bir neçə universitetində dərslər bərpa olunmayacaq
6-11-2020, 12:21
Qarabağda ermənilərin yandırdığı və ya donuz tövləsinə çevrilən məbədlər - Araşdırma
7-08-2020, 14:27
Yeni idarəetmə sistemi gəlir: dövlət şirkətləri büdcənin “pulsoran”ı rolundan çıxarılacaq
19-06-2020, 15:03
Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan insanının qorxu indeksini öyrənmək üçün sorğu keçirib
12-06-2020, 14:15
Qarabağ üsyanı - 100 il: Mübarizə tariximizin şanlı səhifəsi
30-04-2020, 18:51
“8-ci kilometr bazarı”nın sahibi ilə bağlı müəmmalı hadisə: onu gecəyarısı kim və ya kimlər soyub?
2-04-2020, 13:39
Koronavirusdan sonra... - Dünyada böyük dəyişiklik gözlənilir
9-10-2019, 19:10
Ölkə təhsilində ciddi problemlər aşkarlanıb - Araşdırma
18-09-2019, 12:29
“Leş mafiyası”nı kimlər himayə edir? - Yeni detallar
2-09-2019, 08:06
Uşaqsız ailələrdə boşanma artıb - Statistika
27-08-2019, 22:16
Agentlik sədrinin biznes ortağı haqda yeni məlumatlar yayıldı - Fotolar
26-08-2019, 14:55
Komitə və ASC sədrlərinin keçirdiyi tenderlərin qalibi olan şirkət rəhbəri haqda sənədlər yayıldı - Siyahı
23-08-2019, 17:07
Deputat Ağalar Vəliyev xaricdə oğlunun adına nələr almayıb ki... - Siyahı yayıldı - Fotolar
26-06-2019, 12:20
Kimə hesabdan “2” yazaq? DSK sədri Tahir Budaqova, yoxsa MSK sədri Məzahir Pənahova... – Araşdırma
22-06-2019, 15:58
"Azəriqaz"dakı yoxlama niyə dayandırılıb? - Palatadan şübhəli qərar
10-05-2019, 13:38
İcra Hakimiyyəti heç bir səbəb göstərmədən bir ailəni evsiz qoydu
20-02-2019, 08:49
Dəmirqapı Dərbəndim: Rus işğalı, yoxsa... farsların əlindən nicat?
26-01-2019, 20:20
“Ən böyük Niyazi, ondan böyük yox” - Fazil Rəhmanzadə
19-01-2019, 20:14
Qarabağla bağlı növbəti təhlükəli plan işə düşüb - Ekspertlər
11-01-2019, 13:48
“O olmasın, bu olsun” əsəri farslar tərəfindən oğurlanıb? - Araşdırma
30-11-2018, 23:34
Təhsilə ayrılan büdcə vəsaitlərini mənimsəyirlər: İnvestisiya xərcləri artırılsa da, şəffaflıq təmin edilmir
14-10-2018, 00:06
Ali məktəblərə qəbul imtahanlarının yeni qaydaları narazılıq yaradıb
23-09-2018, 10:35
Minlərlə məzunun ali təhsil diplomu tanınmaya bilər - Xəbərdarlıq
26-05-2018, 21:11
On ikinci imza - Hacı Mirzə Səlim Axundzadə
Bu gün, 20:18
Ekspert: “Ermənistanın təxribatına sərt cavab veriləcək”
Bu gün, 10:32
Rusiyaya görə ölkələrə təzyiq edirlər
Dünən, 19:01
Keçmiş bank sədri məhkəmə zalında həbs edilib
Dünən, 15:18
Rusiya-Ukrayna müharibəsində yeni mərhələ başlayır
Dünən, 00:01
Laçının işğaldan azad edilməsindən üç il ötür
30-11-2023, 17:40
Ölkəmizdə qızılca təhlükəsi artır - (Yenilənib) - Xəbərdarlıq
30-11-2023, 11:53
İran səmasında “Su-35”-lər: Rusiya Tehrana yeni nəsil qırıcıları verir
30-11-2023, 10:40
Radiasiya və geomaqnit qasırğası gözlənilir - Proqnoz
30-11-2023, 10:11
Rusiya 100 mindən çox miqrantı Ukraynaya köçürüb
30-11-2023, 09:50
Kəşfiyyat rəhbərini zəhərləmək istəyiblər
29-11-2023, 20:16
Azərbaycanda zəlzələ baş verib
29-11-2023, 16:43
Akademiya əməkdaşları təltif edilib - Siyahı
29-11-2023, 14:57
Xarici İşlər Nazirliyinə idarə rəis təyin edilib - Foto
29-11-2023, 13:13
Ermənistan ordusunda Fransa erası: Paris İrəvanı silahlandırır
29-11-2023, 12:49
Müharibə Ukraynanın şərqindən və cənubundan kənara çıxa bilər
29-11-2023, 10:21
Hərbçilərin maaşı artırılacaq - Fotolar
28-11-2023, 18:18
Putin: “Qərb Rusiyanı parçalamaq istəyir”
28-11-2023, 17:05
Simonyan: “Ermənistan üçün Qarabağ məsələsi mövcud deyil”
28-11-2023, 16:06
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə sədr təyin edilib
28-11-2023, 15:22
ABŞ, Almaniya və Fransa diplomatları Azərbaycan XİN-ə çağırılıb
28-11-2023, 14:19
Müttəfiqlər Ukraynaya 100 milyard avro hərbi yardım edib
28-11-2023, 13:34
Hərbi xidmət üçün son yaş həddi dəyişir
28-11-2023, 13:19
Ermənistana yol bağlanıb: Rusiya-Gürcüstan sərhədində 2,6 mindən çox yük maşını qalıb
28-11-2023, 11:11
Xankəndidə Qarabağ Universiteti yaradılır - Sərəncam
28-11-2023, 10:59
Yeni dünya düzəni... - Bu, Güney Azərbaycanın istiqlalı ilə formalaşacaq
28-11-2023, 10:56
Blinken İlham Əliyevə zəng edib
28-11-2023, 10:23
Təhsil idarəsinin müdiri istefa verib
27-11-2023, 13:07
Ankaraya qəfil səfər: ABŞ Türkiyəyə təzyiq göstərir - Foto
27-11-2023, 11:51
Rayonların ərazi bölgüsünə təklif edilən dəyişikliklər müzakirə olunub
27-11-2023, 11:41
Dünyanın ən böyük şəhərlərindən biri suya batır
27-11-2023, 10:58
Krımda ruslara qarşı etirazlar başlaya bilər - Foto
27-11-2023, 09:24
Rusiya və ABŞ-ın mövqeyi Azərbaycan ilə Ermənistanın sülh sazişi imzalamasına mane olur
27-11-2023, 08:21
Azərbaycanda sabitliyi pozmaq istəyirlər
26-11-2023, 09:35
Moskvaya kütləvi PUA hücumu olub - (Yenilənib)
25-11-2023, 18:51
Professor: “İrəvan Qərbə doğru hərəkət edir, amma...”
24-11-2023, 17:19
Çirkli hava il ərzində Avropada yarım milyon insanı öldürüb
24-11-2023, 13:48
“5-1”: Minsk sammitindən sonra KTMT dağılacaq?
24-11-2023, 13:05
Putin prezident seçkilərinə hazırlaşır, amma…
24-11-2023, 11:40
Üç rayonun kəndləri Ağdərəyə birləşdiriləcək - Siyahı
24-11-2023, 11:13
8 rayonun inzibati ərazi bölgüsündə dəyişiklik ediləcək
24-11-2023, 10:49
Təhlükəli plan: daha üç ölkədə sabitliyi pozmaq istəyirlər
24-11-2023, 10:11
Ukrayna Rusiya ilə sülh danışıqlarına məcbur edilə bilər
23-11-2023, 19:26
İlham Əliyev ilə Viktor Orban görüşüb - (Yenilənib) - Fotolar