23:36 / 20-10-2025
Qurban Qurbanov: "Üstünlük bəlkə də rəqib tərəfdədir, çünki..."
22:54 / 20-10-2025
Əyləncəli heyvanlar... - Fotolar
22:25 / 20-10-2025
Fərid Qayıbov COP10-un sədri seçilib
22:14 / 20-10-2025
Xələf Xələfov Tehranda İran rəsmiləri ilə görüşüb - Fotolar
18:18 / 20-10-2025
Britaniya ordusu PUA-ları xəbərdarlıq etmədən vuracaq
18:17 / 20-10-2025
Yazıçı Anar: “Xəstəyəm, heç bir məsələ haqqında danışa bilmərəm...”
18:04 / 20-10-2025
Tramp Ukrayna prezidentini hədələyib
18:02 / 20-10-2025
"Qarabağ" İspaniyaya yollanıb
17:49 / 20-10-2025
Novella Cəfəroğlu: "Mən “vurulan” adamın arxasınca danışmamışam"
17:24 / 20-10-2025
Heydər Əliyev Mərkəzində caz konserti keçiriləcək
17:11 / 20-10-2025
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
16:56 / 20-10-2025
Bulvar İdarəsinin sabiq sədri hakim qarşısına çıxarılıb
16:51 / 20-10-2025
Nazirliyin istirahət evinin rəisi niyə tutulub? - Açıqlama
16:39 / 20-10-2025
Keçmiş baş nazirdən xəyanət şübhəsi var
16:31 / 20-10-2025
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gəlib - Fotolar
16:19 / 20-10-2025
Venesuela həmləsi - Nurlan Umudov yazır
16:07 / 20-10-2025
Mollazadə: Putin-Tramp görüşündə müsbət nəticə əldə edilməyəcək
15:52 / 20-10-2025
Nazir müavini vəzifədən azad olunub
15:51 / 20-10-2025
Ramiz Mehdiyev dövlətə təhlükə yaradıb - Professor
15:46 / 20-10-2025
Sabiq baş nazir: "Ramiz Mehdiyevdən kömək ummamışam"
15:23 / 20-10-2025
Ziya Məmmədovun qardaşı: "Məni istintaqa cəlb etməyiblər"
14:51 / 20-10-2025
Rektordan Mehdiyevin gəlini ilə bağlı - Açıqlama
14:42 / 20-10-2025
AZAL təyyarəsi Sankt-Peterburqa qayıtmağa məcbur olub - Yenilənib
14:41 / 20-10-2025
Nizami Rəmzinin qızı həbs edilib
14:28 / 20-10-2025
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb
13:02 / 20-10-2025
Ramiz Mehdiyevin gəlini işə çıxmır
12:53 / 20-10-2025
Tramp gücləndirilmiş təhlükəsizlik şəraitində Floridanı tərk edib
12:37 / 20-10-2025
Sabahın hava proqnozu açıqlanıb
12:11 / 17-10-2025

19:51 / 17-10-2025

16:01 / 18-10-2025

14:10 / 16-10-2025

15:51 / 20-10-2025

16:07 / 20-10-2025

11:33 / 16-10-2025

13:05 / 16-10-2025

16:15 / 18-10-2025

23:49 / 15-10-2025

12:02 / 16-10-2025

14:28 / 20-10-2025

“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
Tarix: 08-01-2025 10:49 | Bölmə: Müsahibə

Nadir Azməmmədov: “Təəssüf ki, indi rejissor olmaq, kino və serial çəkmək adiləşib, bəzən bunun məsuliyyətini dərk etmirlər”
Əməkdar mədəniyyət işçisi Nadir Azməmmədov təpədən-dırnağacan kino adamıdır. Ömrünün çox hissəsi Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının pavilyonlarında, çəkiliş meydançalarında, dəhlizlərində, montaj otaqlarında keçib. Rejissor assistenti, ikinci rejissor, rejissor kimi filmlərimizin istehsalında yaxından iştirak edib, aktyor olaraq irili-xırdalı rollara çəkilib. Görkəmli sənətkarlarla çiyin-çiyinə çalışıb, həyatda dostluq edib.
Reyting.az xatırladır ki, N. Azməmmədovun rejissor assistenti olduğu “Qanlı zəmi” və “Yaramaz” filmləri Dövlət mükafatlarına layiq görülüb. Lakin təəssüf ki, quruluşçu rejissor kimi bədii ekran əsəri yaratmaq müxtəlif səbəblərdən Nadir müəllimə nəsib olmayıb. Ona görə də hesab edir ki, həm özü, həm də bu sənətdəki bir çox nəsildaşları yaradıcılıq potensiallarını tam realizə edə bilməyiblər.
- Nadir müəllim, “Azərbaycanfilm” kinostudiyası sizin təkcə iş yeriniz yox, həm də təhsil aldığınız bir məkan olub. Azsaylı sənət adamlarındansınız ki, ali məktəbdən əvvəl kinostudiyadakı aktyor kurslarında oxumusunuz. Yəqin ki, “Azərbaycanfilm”ə gəldiyiniz ilk günlər yaxşı yadınızdadır...
- Əlbəttə yaxşı xatırlayıram, axı bu məsələ təsadüfən alınan bir iş deyildi ki, yaddan çıxsın. Əksər yaşıdlarım kimi kinonun sehrinə düşmüşdüm, bu sahə ilə maraqlanırdım. Bu maraq da məni 1971-ci ildə “Azərbaycanfilm” kinostudiyasına gətirdi. Görkəmli rejissor və aktyor, SSRİ Xalq artisti Ədil İsgəndərov kinostudiyanın nəzdində aktyorluq kursu açmışdı, özümü sınamaq üçün müraciət etdim və nəticədə kursa qəbul olundum. Ədil müəllim özü, rejissor və aktyor Əbdül Mahmudbəyov kursun tələbələrinə bu sənətin sirlərini öyrətməyə başladı. Hələ onda heç ali təhsilim də yox idi, yalnız bir il sonra o vaxt İncəsənət İnstitutu adlanan indiki Mədəniyyət və İncəsənət Universitetində rejissor Əşrəf Quliyevin kursuna daxil oldum.

1976-cı ildə ali məktəbi bitirəndə bizim kursun tələbələrinin əksəriyyətini Şəki Dövlət Dram Teatrına göndərdilər, çünki orda dövlət teatrı yenidən bərpa edilirdi, gənc və ali təhsilli aktyorlara ehtiyac var idi. Mənim təyinatımı isə kinostudiyaya verdilər. Amma həmin il kinostudiyada işə düzələ bilmədim.
- Niyə?
- Çünki hərbi xidmətə getdim, 1978-ci ildə əsgərlikdən qayıdandan sonra ştata götürdülər. Həmin vaxt tanınmış rejissorumuz Şamil Mahmudbəyov Əhmədağa Muğanlının ssenarisi ilə “Od içində” filminin çəkilişlərinə başlayırdı. Məni filmin rejissor assistenti təyin etdilər, həm də filmdə epizodik rola çəkildim.
- Filmin bəzi kadrları Lənkəranda lentə alınıb. Həmin vaxt mən orta məktəbdə oxuyurdum, bizim məktəbin yaxınlığında uşaq bağçası var idi, yerli bəylərdən birinin evi olmuşdu. Yadımdadır ki, həmin bağçada bir neçə gün “Od içində” filminin çəkilişləri aparılırdı...
- Bu mənim kinoda debütüm oldu. Film Azərbaycanda sovet hakimiyyətinin qurulması barədə idi, Səməndər Rzayev, Hamlet Xanızadə, Yaşar Nuri, Muxtar Maniyev çəkilirdi. Müğənni kimi tanınmağa başlayan Yalçın Rzazadə də rol almışdı.
Şamil Mahmudbəyov savadlı, geniş dünya görüşünə malik bir insan idi. Onun kimi rejissorla çalışmaq böyük məsuliyyət tələb edirdi, görünür, işim onu qane eləmişdi, sonra məni Həsən Turabovla birgə çəkdikləri “Tənha narın nağılı” filminə də dəvət elədi. Əkrəm Əylislinin povesti əsasında ekranlaşdırılan bu filmdə mən Sadığın atası roluna çəkildim.
- Sosial şəbəkələrdə bir fotonuzu gördüm, əfsanəvi sərkərdə, general Həzi Aslanov rolu üçün qrim olunmuşdunuz deyəsən...
- Mən rejissor assistenti, ikinci rejissor olduğum filmlərin əksəriyyətində həm də müxtəlif rollara çəkilmişəm. 1985-ci ildə kinostudiyada Həzi Aslanovun ömür yolundan, İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlığından bəhs edən film istehsala buraxılırdı. “Sizi dünyalar qədər sevirdim” adlanan həmin filmi Rasim İsmayılov çəkirdi, mən rejissor assistenti təyin olunmuşdum. Baş rol üçün aktyor axtarılanda Rasim müəllimin təklifi ilə Həzi Aslanov obrazı üçün fotoprob deyilən mərhələdə məni də yoxladılar. Amma axtarışlar davam edirdi.

Bir gün Ramiz Novruzla qarşılaşdıq. Həmin vaxtlar Ramiz Novruz Akademik Milli Dram Teatrının truppasına yeni qəbul olunmuşdu, təzə-təzə tanınmağa başlayırdı. Gördüm ki, Ramiz Novruzun həm sifətdən Həzi Aslanova bənzəri var, həm də yerişindən-duruşundan hərbçiyə oxşayır. Rasim İsmayılova bu barədə deyəndə ona çox qəribə gəldi, inanmadı ki, mən aktyor yoldaşıma görə rolumdan imtina edə bilərəm. Ramiz Novruzu sınaq çəkilişlərinə dəvət etdilər və bəyəndilər. O, kinodakı bu obrazı ilə məşhurlaşmağa başladı. Ramiz rəhmətlik dünyasını dəyişənə kimi hər dəfə bu barədə söhbət düşəndə deyirdi ki, məni Həzi Aslanov rolunda birinci dəfə Nadir gördü.
- “Azərbaycanfilm” kinostudiyasının belə deyək də, ən qaynar dövrünün şahidisiniz, yaradıcılıq prosesinin içində olmusunuz. Həmin dövrü necə xatırlayırsınız?
- Həqiqətən də kinostudiyada əsl yaradıcılıq mühiti var idi, bədii və sənədləri filmlər, müasir dillə desək, animasiya filmləri, “Mozalan” üçün süjetlər çəkilirdi. Görkəmli rejissorlar, aktyorlar, operatorlar, rəssamlar, ssenaristlər və redaktorlar, kadr arxasında qalan, tamaşaçıların görmədiyi kino mütəxəssisləri burda çalışırdı. Hər gün belə insanlarla təmasda olmaq, yaradıcılıq prosesində iştirak etmək, sənət barədə müzakirə aparmaq şübhəsiz ki, insana zövq verirdi. Həmişə deyirəm, kinostudiyada təkcə sənət dərsi yox, həm də həyat dərsi almışam. Nəhəng sənətkarlarla dostluq etmişəm, onlardan çox şey öyrənməyə çalışmışam. Bir-bir onların adlarını çəksəm, çox uzun bir siyahı alınar, çox təəssüf ki, onların çoxu indi həyatda yoxdur...
Sizinlə söhbət edə-edə Əjdər İbrahimovla bir yerdə çalışdığım günlər yadıma düşdü. SSRİ xalq artisti Əjdər İbrahimov çox sanballı, nüfuzlu rejissor idi, Vyetnamın milli kinosunu yaratmışdı. Uzun müddət “Mosfilm” kimi böyük bir kinostudiyanın ilk partiya təşkilatının sədri olmuşdu. 1979-cu ildə Əjdər müəllim “Azərbaycanfilm”də Nazim Hikmətin ssenarisi əsasında “Qəribə adam” bədii filmini çəkirdi, mən də həmin filmdə rejissor assistenti kimi işləyirdim. Əsər Türkiyə həyatından bəhs etdiyindən filmə çəkmək üçün bizə xarici avtomobillər lazım idi. O dövrdə də Bakıda belə maşınları barmaqla saymaq olardı. Həmin maşınları da lazım olan günlərdə çəkiliş meydançasına gətirmək üçün Dövlət Avtomobil Müfəttişliyi bizə kömək etməli idi. Lakin bu proses nədənsə uzanırdı, hər gün bir bəhanə gətirirdilər. Bir gün məcbur qalıb məsələni Əjdər müəllimə dedim. Möhkəm əsəbiləşdi, getdik kinostudiyanın direktoru Cəmil Əlibəyovun kabinetinə, problemi ona danışdı. Mənə dedilər ki, sən get, özümüz həll edərik. Növbəti çəkiliş günündə xarici maşınlar bizim sərəncamımızda oldu. Sonra öyrəndim ki, Əjdər İbrahimovla Cəmil Əlibəyov dövlət telefonu ilə Mərkəzi Komitənin birinci katibi Heydər Əliyevlə danışıb filmin çəkilişində yaranan problem barədə məlumat veriblər. Heydər Əliyev də məsələnin həlli üçün dərhal göstəriş verib.
İllər öncə istehsal olunmasına baxmayaraq “Azərbaycanfilm”in çəkdiyi filmlərin əksəriyyətinə bu gün də tamaşaçılar maraqla baxır, filmlərdən sitatlar gətirirlər. Çünki həmin ekran əsərlərini istedadlı və peşəkar insanlar ərsəyə gətirirdi. Hər zaman fəxr edirəm ki, bu işlərdə mənim də zəhmətim olub. Mən Dövlət mükafatına layiq görülən iki filmimizin - Qaçaq Nəbi haqqında Həsən Turabovla Əbdül Mahmudbəyovun birgə çəkdikləri “Qanlı zəmi” və Vaqif Mustafayevin “Yaramaz” filmlərinin ikinci rejissoru olmuşam.
- Amma özünüz quruluşçu rejissor kimi film çəkə bilmədiniz...
- Sovet dövründə kinostudiyanın yazılmamış qaydaları var idi, Moskvada ali təhsil alıb gəlsəydin belə sənə birdən birə heç vaxt çəkməyə film verməzdilər. Gərək rejissor köməkçisi, assistenti, ikinci rejissor kimi mərhələləri keçəydin, sonra qısametrajlı bir film çəkə biləydin. Yalnız bu etapları keçəndən sonra sənə tammetrajlı film çəkməyə icazə verirdilər. Mən də bu mərhələlərin hamısını keçmişdim, sonuncu mərhələ yaxınlaşanda sovet dövləti dağıldı, siyasi-iqtisadi əlaqələr qırıldı, kinoprokat məhv oldu, “Azərbaycanfilm” ağır günlərini yaşadı. Quruluşçu rejissor kimi film çəkmək mənə qismət olmadı. Dediyim kimi, bir siyasi quruluşdan digərinə keçidi yaşadığımızdan tək mən yox, həmyaşıdlarımın çoxu öz istedadlarını, yaradıcılıq potensiallarını tam realizə edə bilmədi. Bu məsələdə özümü də “günahkar” görürəm, çünki həmişə zəmanə adamı yox, həqiqətin adamı olmağa çalışmışam. Elə o vaxt da, indi də belə hesab edirəm ki, zəmanə dəyişə bilir, amma həqiqət heç zaman dəyişmir.
- Deyəsən çəkiliş meydançaları üçün darıxırsınız. Bəzən teleseriallarda rol almağınız bununla bağlıdır?
- Uzun müddət qaynar kino mühiti görən adam üçün indiki dövrü yaşamaq çətindir. Təbii ki, çəkiliş prosesi üçün darıxıram, amma bu demək deyil ki, teleseriallardan gələn hər təklifə dərhal razılaşmalıyam. İndi kino adamı kimi bir çox şeylər məni qane etmir. Təəssüf ki, indi rejissor olmaq, kino və serial çəkmək adiləşib, bəzən bunun məsuliyyətini dərk etmirlər.
“Ata ocağı”, “Sonuncu fəsil” və “Vicdan haqqı” teleseriallarında çəkilmişəm. Adını çəkdiyim sonuncu iki teleserialın rejissoru Rövşən İsaxdır. Rövşənin işləri niyə maraqla baxılır? Çünki Rövşən İsax kinodan gəlib, bu işi bilir. Bayaq dediyim kimi, rejissor olmaq, kino çəkmək üçün gərək kinoda bir neçə mərhələni keçəsən. Təəssüf ki, bəziləri yazılmamış bu qanuna qeyri-ciddi yanaşır və ona görə də ortaya uğurlu bir iş qoya bilmir.
Etibar CƏBRAYILOĞLU
Reyting.az
Bölməyə aid digər xəbərlər

6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."