09:47 / 07-10-2025
Ucarda sakinini "tok" vurub
Ukraynaya növbəti hücum olub
Tarix: 07-10-2025 10:14 | Bölmə: Xəbərlər
Ukraynaya növbəti hücum olub

Rusiya ordusu dronlarla Ukraynanın infrastrukturuna hücum edib. Hücum Poltava və Sumı vilayətlərində irimiqyaslı yanğınlara səbəb olub və mindən çox insan elektriksiz qalıb.

Reyting.az
xəbər verir ki, dağıntılar dəmir yolu infrastrukturunda inzibati binaya, anbarlara və vaqonlara ziyan vurub.

Bundan əlavə, elektrik enerjisi qurğusuna da ziyan dəyib. 28 müəssisə və 1070 məişət abonenti elektriksiz qalıb.

Regional dövlət administrasiyasının məlumatına görə, ruslar şəhərin Zareçnı rayonunda mülki infrastruktur obyektinə zərbələr endirib. Xüsusən də yaşayış sahəsinə ziyan dəyib. Həmçinin elektrik enerjisinin qismən kəsilməsi də var.

ELÇİN




Bölməyə aid digər xəbərlər