Everestdə min nəfər qar fırtınasına düşüb
Tarix: 06-10-2025 11:44 | Bölmə: Cəmiyyət
Everestdə min nəfər qar fırtınasına düşüb

Çinin Tibet muxtar bölgəsindəki Everest dağının şərq yamacında qar fırtınası səbəbindən qapalı qalan 1000 nəfərin təxminən yarısı tapılıb.

Reyting.az
Çin mediasına istinadla bildirir ki, yerli kəndlilər və peşəkar qruplar tərəfindən 350 nəfər xilas edilərək Qudanq şəhərinə gətirilib.

200-dən çox insanla əlaqə saxlandığı bildirilir.

Xilasetmə işləri davam edir və bölgədə qapalı qalan insanların qrupların köməyi ilə tədricən Qudanqa çatacağı gözlənilir.

Qeyd edək ki, oktyabrın 3-də axşam saatlarında Çinin Tibet bölgəsində Everest dağının şərq yamacında başlayan qar fırtınası bölgəyə girişi bağlayıb və təxminən 1000 piyadanı düşərgələrdə qapalı vəziyyətdə qoyub.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər