Mars haqqında yeni elmi məlumatlar əldə edilib - Fotolar
Tarix: 13-11-2025 09:09 | Bölmə: Cəmiyyət
Mars haqqında yeni elmi məlumatlar əldə edilib

Marsın yamaclarında müşahidə olunan sirli və qaranlıq zolaqların quruluşu alimlərin diqqətini cəlb edib. Aparılan araşdırmalar bu zolaqların əsasən quru mənşəli olduğunu göstərir.

Reyting.az
xəbər verir ki, bu barədə astrofizik Valentin Tertsius Bikel məlumat verib.

Xatırladaq ki, Avropa Kosmik Agentliyinə məxsus “ExoMars Trace Gas Orbiter” aparatı 2023-cü ilin 24 dekabrında Marsın səthində, “Apolon Dağı yamacı” adlanan ərazidə toz sürüşmələrini qeydə almışdı. “CaSSIS” kamerası vasitəsilə çəkilmiş görüntülərdə yeni yaranmış qaranlıq zolaqlar və kiçik kraterlər aydın görünür.



Astrofizik Tertsiusun sözlərinə görə, bu strukturların formalaşmasında əsas rolu toz, külək və qum prosesləri oynayır. Meteorit zərbələri və seysmik hadisələr isə yalnız lokal təsir göstərir.

Qeyd edək ki, aparılan tədqiqatlar nəticəsində Mars planetinin iqlimini formalaşdıran dinamik proseslər və “Qırmızı planet”in qaralması ilə bağlı yeni elmi məlumatlar əldə edilib. Bütün bu məlumatların yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacağı bildirilir.



Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər