Bakıda poliklinikanın həyətində torpaq sürüşməsi olub - Video
Tarix: 12-11-2025 10:00 | Bölmə: Cəmiyyət
Bakıda poliklinikanın həyətində torpaq sürüşməsi olub

Xətai rayonu Əhmədli qəsəbəsində torpaq sürüşməsi baş verib.

Reyting.az
“Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Vunq Tau küçəsində yerləşən 9 saylı Uşaq Poliklinikasının həyətində qeydə alınıb.

Sürüşmə nəticəsində torpaq qatı poliklinikanın həyətindəki maşının üstünə düşüb.

İlkin ehtimala görə, hadisəyə gecə saatlarında ərazidə yaşıllıqların həddindən artıq suvarılması səbəb olub.






Bölməyə aid digər xəbərlər