Ərdoğan: Təyyarənin qara qutusu tapılıb
Tarix: 13-11-2025 07:52 | Bölmə: Xəbərlər
Ərdoğan: Təyyarənin qara qutusu tapılıb

“Biz 19 qurbanın cəsədini çıxarmışıq, sonuncunun qalıqlarının axtarışı davam edir".

Reyting.az
“Anadolu” agentliyinə istinadla xəbər verir ki, bunu Gürcüstan–Azərbaycan sərhədində qəzaya uğrayan “C130” hərbi-nəqliyyat təyyarəsindən danışarkən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iqtidar partiyasının toplantısında deyib.

Türkiyə lideri noyabrın 11-də qəzaya uğrayan təyyarənin qara qutusunun tapıldığını və artıq araşdırmaya başlandığını açıqlayıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
7-11-2025, 16:45 Tiktoker həbs edilib