Ukrayna Rusiya ilə danışıqları dayandırıb
Tarix: 13-11-2025 08:32 | Bölmə: Dünya
Ukrayna Rusiya ilə danışıqları dayandırıb

Ukraynanın xarici işlər nazirinin birinci müavini Sergey Kislitsa bildirib ki, Kiyev Moskva ilə sülh danışıqlarını dayandırıb.

Reyting.az
xəbər verir ki, bu barədə "The Times" nəşri yazıb.

S. Kislitsanın sözlərinə görə, il ərzində aparılmış danışıqlar tamamilə qeyri-sabit, qarşılıqlı etimad mühitindən uzaq, ciddi irəliləyiş olmadan başa çatdığı üçün artıq davam etdirilmir.

Kislitsa əlavə edib ki, Ukrayna yay ayından bəri beynəlxalq tərəfdaşlarını Vladimir Putini prezident Vladimir Zelenski ilə şəxsən görüşməyə razı salmaq üçün fəal addımlar atmağa çağırır.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər