Regional Turizm İdarəsinin rəisi vəzifədən azad olunub
Tarix: 29-01-2026 15:15 | Bölmə: Cəmiyyət

Regional Turizm İdarəsinin rəisi vəzifədən azad olunub

Dövlət Turizm Agentliyinin Bakı-Abşeron Regional Turizm İdarəsinin rəisi Rauf Səfərov vəzifəsindən azad olunub.

Reyting.az "Qaynarinfo"-ya istinadla xəbr verir ki, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin müvafiq əmri ilə Bakı-Abşeron Regional Turizm İdarəsinin rəisi vəzifəsinə Əliyeva-İskəndərova Elnarə Rüfət qızı təyin edilib.

Qeyd edək ki, Bakı-Abşeron Regional Turizm İdarəsi 2023-cü ildə yaradılıb və həmin ildən sözügedən qurumun rəisi Səfərov Rauf Gündüz oğlu olub. Elnarə Əliyeva-İskəndərova Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının üzvüdür.





Bölməyə aid digər xəbərlər