Axtarışda olan azərbaycanlının yeri müəyyən olunub
Tarix: 29-01-2026 10:56 | Bölmə: Cəmiyyət

Axtarışda olan azərbaycanlının yeri müəyyən olunub

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının Türkiyədə yeri müəyyən olunub.

DİN-nin Mətbuat xidmətindən verilən məlumata görə, oğurluq maddəsi ilə başlanmış cinayət işi üzrə Qazax RPŞ tərəfindən axtarışda olan Budaqov Ozan Çingiz oğlu İnterpol kanalları vasitəsilə saxlanılıb.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxsin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür.





Bölməyə aid digər xəbərlər