Bakıda iki nəfərin hamam otağında meyiti tapılıb
Tarix: 30-01-2026 14:36 | Bölmə: Cəmiyyət

Bakıda iki nəfərin hamam otağında meyiti tapılıb

Bakıda iki nəfərin hamam otağında meyiti tapılıb.

Nardaran qəsəbə sakini, 1995-ci il təvəllüdlü Rəşid Rasim oğlu Hüseynov hamam otağında dəm qazından zəhərlənərək vəfat edib.

Nərimanov rayonu, Xətai küçəsi, ev 33, mənzil 12 ünvanında yaşayan 1962-ci il təvəllüdlü Elyar Calal oğlu Muradov hamam otağında qəflətən ölüb.

Faktlarla bağlı araşdırma aparılır(Report)





Bölməyə aid digər xəbərlər