Bataqlıqların itirilməsi qlobal iqtisadiyyatı təhdid edir
Tarix: 02-02-2026 10:12 | Bölmə: İqtisadiyyat

Bataqlıqların itirilməsi qlobal iqtisadiyyatı təhdid edir

Planetin ən həssas ekosistemləri arasında olan bataqlıqların illik orta itki nisbəti 0,52 faiz təşkil edir.

Reyting.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə beynəlxalq ekoloqlar assosiasiyasının mütəxəssisləri açıqlama yayıblar.

Ramsar Konvensiyası kimi tanınan “Su-bataqlıqlar haqqında Konvensiya” 1971-ci il fevralın 2-də İranın Ramsar şəhərində imzalanıb və 1975-ci ildə qüvvəyə minib. Bu, unikal ekosistemlərin qorunması üzrə beynəlxalq səylərin başlanğıcı olub. Konvensiya onu imzalayan 172 ölkənin üzərinə bataqlıq əraziləri qorumaq öhdəliyini qoysa da, bataqlıqlar qurumaqda davam edir.

Qeyd olunur ki, bataqlıqların sürətlə yoxa çıxması ekosistemlə yanaşı qlobal iqtisadiyyatı da təhdid edir.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb