Hava ilə bağlı əhaliyə xəbərdarlıq edilib
Tarix: 29-03-2026 18:05 | Bölmə: Cəmiyyət

Hava ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Martın 30-u axşam və 31-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Reyting.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Naxçıvan MR, Ağstafa, Qazax, Daşkəsən, Gədəbəy, Göygöl, Kəlbəcər, Laçın, Zəngilan, Gəncə, Goranboy, Naftalan, Tovuz, Qobustan, Neftçala, Xızı, Ağsu, Şamaxı, İsmayıllı, Şəki, Oğuz, Qəbələ, Qusar, Şirvan, Mingəçevir, Göyçay, Hacıqabul, Cəbrayıl, Salyan, Lerik, Yardımlıda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.





Bölməyə aid digər xəbərlər
26-03-2026, 13:08 Sabah yağış yağacaq