Qalmaqallı prokuror işdən çıxarılıb
Ən böyük şirin su ehtiyatı hansı ölkələrdədir? - Siyahı
İlon Mask çip istehsalı zavodu tikəcək
Rəsmi Bakı Moskvanın izahatını gözləyir
Ölkələrin əsas enerji mənbələrinin yeni xəritəsi hazırlanıb
Tramp: "İranda rejim dəyişib, bizimlə razılaşmaq istəyirlər"
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Putin azərbaycanlı alimi təltif edib
Bakıda 70 yaşlı kişi öldürülüb
DYP sürücülərə xəbərdarlıq edib
Koxalski “Qarabağ”dan gedir?
Tarix: 16-03-2026 16:42 | Bölmə: Cəmiyyət

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) sosial şəbəkələrdə qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən şəxslərə qarşı əməliyyat-texniki tədbirləri davam etdirir.
DİN-nin Mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, kiberpolisin keçirdiyi növbəti əməliyyat zamanı qeyd olunan cinayət əməllərində təqsirli bilinən daha 4 nəfər - Polad Abdullayev, Sənan Hacızadə, Toğrul Kazımov və sonuncu ilə əlbir olaraq fəaliyyət göstərən Cəfər Bəyəliyev saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər xaricdən idarə olunan qanunsuz qumar saytları ilə cinayət əlaqəsinə girərək ölkə ərazisində virtual kassalar yaradıblar. Daha sonra sosial şəbəkələrdə açdıqları “Milan”, “Sevinc”, “Rahat” və “Texas 777” adlı səhifələr vasitəsilə istifadəçilərlə əlaqə saxlayaraq onları qanunsuz onlayn kazino oyunlarına cəlb ediblər.
Saxlanılan şəxslərin yaşadıqları ünvanlara baxış zamanı elektron sübutlar, qanunsuz kazino oyunlarında istifadə olunan bank kartları və mobil nömrələr aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Baş İdarədə cinayət işi başlanıb. P.Abdullayev, S.Hacızadə, T.Kazımov və C.Bəyəliyev cinayət məsuliyyətinə cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
"Bir daha vətəndaşları internet resursları, eləcə də sosial şəbəkələrdə təklif edilən qanunsuz onlayn kazino və qumar oyunlarında iştirakdan çəkinməyə çağırırıq. Bu cür platformalar əksər hallarda kiberdələduzluq məqsədilə yaradılır və nəticədə istifadəçilərin bank kartı və şəxsi məlumatları ələ keçirilir.
Qanunsuz onlayn kazino və qumar oyunlarında iştirak həm maliyyə itkisi, həm də hüquqi məsuliyyət riski yaradır. Odur ki, hər kəsə lisenziyasız onlayn kazino və mərc saytlarına daxil olmamağı, sosial şəbəkələrdə bu tip oyunların reklam və “asan qazanc” vədlərinə inanmamağı, şübhəli hesab və platformalar barədə isə polis orqanlarına məlumat verməyi tövsiyə edirik.
Unutmayın ki, kibermühitdə ehtiyatlı davranış maddi və şəxsi təhlükəsizliyinizin əsas şərtidir",- deyə, məlumatda bildirilib.
Bölməyə aid digər xəbərlər















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək