Günəşə bənzər yeni planet sistemi kəşf olunub
Tarix: 29-03-2026 11:01 | Bölmə: Slayd

Günəşə bənzər yeni planet sistemi kəşf olunub

Astronomlar Günəş sisteminə bənzər yeni formalaşan planet sistemi aşkar ediblər. "WISPIT 2" adlı ulduzun müşahidəsi zamanı məlum olub ki, yeni ulduzun ətrafında yerləşən protoplanetar diskdə iki çox nəhəng planet yaranmağa başlayıb. 

Reyting.az xəbər verir ki, alimlərin sözlərinə görə, bu ulduzun təxminən 5 milyon il yaşı var və Yerdən 437 işıq ili məsafədə yerləşir.

Aşkarlanan planetlərdən biri "WISPIT 2 b" Yupiterdən 5 dəfə böyükdür və ulduzdan 57 astronomik vahid məsafədə yerləşir. Digər planet "WISPIT 2 c" isə ondan iki dəfə böyükdür və ulduza daha yaxın orbitdə dövr edir.

Alimlər bir müddət əvvəl kəşf olunmuş bu nəhəng kosmik sistemin daha çox Günəş sisteminə bənzədiyini vurğulayıblar. Astronomların fikrincə, bu kəşf planetlərin necə formalaşdığını öyrənmək baxımından yeni-yeni kəşflərə yol aça biləcək mühüm əhəmiyyət daşıyır.

"WISPIT 2" sistemi artıq iki planetlə məşhur olan "PDS 70" kosmik peyki ilə eyni kateqoriyaya daxil edilib.

Onu da qeyd edək ki, yeni elmi tədqiqatlardan "The Astrophysical Journal Letters" jurnalı yazıb.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər