13:08 / 26-03-2026
Sabah yağış yağacaq
DTX-nın saxladığı Saleh Səmədovun həbs müddəti uzadılıb
Tarix: 19-03-2026 12:31 | Bölmə: Cəmiyyət

DTX-nın saxladığı Saleh Səmədovun həbs müddəti uzadılıb

İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun həbs müddəti uzadılıb.

Reyting.az APA-ya istinadla bildirir ki, bu barədə Səbail Rayon Məhkəməsində istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.

Məhkəmənin qərarı ilə Saleh Səmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Saleh Səmədov AR Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham olunur.

Qeyd edək ki, Saleh Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.

O, həmçinin ötən il mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.





Bölməyə aid digər xəbərlər
26-03-2026, 13:08 Sabah yağış yağacaq