Qalmaqallı prokuror işdən çıxarılıb
Ən böyük şirin su ehtiyatı hansı ölkələrdədir? - Siyahı
İlon Mask çip istehsalı zavodu tikəcək
Rəsmi Bakı Moskvanın izahatını gözləyir
Ölkələrin əsas enerji mənbələrinin yeni xəritəsi hazırlanıb
Tramp: "İranda rejim dəyişib, bizimlə razılaşmaq istəyirlər"
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Putin azərbaycanlı alimi təltif edib
Bakıda 70 yaşlı kişi öldürülüb
DYP sürücülərə xəbərdarlıq edib
Koxalski “Qarabağ”dan gedir?
Tarix: 17-03-2026 16:09 | Bölmə: Cəmiyyət

Mirasın vərəsə tərəfindən qəbuluna dair yeni prosedur müəyyənləşib.
Reyting.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da etdiyi dəyişiklikdə əksini tapıb.
Notarius vərəsəlik şəhadətnaməsinin əldə olunması üçün müraciət edən vərəsəyə şəhadətnamə verərkən vərəsə olan, lakin şəhadətnamə almaq üçün müraciət etməmiş digər vərəsələrin (miras şəriklərinin) də mirasdan onlara çatacaq paylarını müəyyən edərək həmin şəhadətnamədə göstərəcək. Həmin şəxslər vərəsəlik şəhadətnaməsi alanadək notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən miras paylarına sərəncam verə bilərlər. Miras şərikləri arasında miras paylara sərəncam verilməsi haqqında müqavilə əsasında miras payı əldə etmiş vərəsənin mirasdakı payı əldə etdiyi pay nisbətinə uyğun artırılacaq və vərəsəlik şəhadətnaməsində yekun payı göstəriləcək.
İndiyə qədər qüvvədə olan Təlimata əsasən, vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
Dəyişikliyə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə habelə 3 ay ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər.
Hazırda əgər vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında ərizə miras açıldığı gündən altı ay ərzində verilərsə, bu müraciət mirasın qəbul edilməsi haqqında ərizə kimi qəbul edilir. Dəyişikliyə görə, vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında ərizə mirasın qəbul edilməsi haqqında ərizə kimi qəbul ediləcək.(APA)
Bölməyə aid digər xəbərlər















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək