Bakıdan Dubaya uçan təyyarə mənzil başına çatmadan geri qayıtmağa məcbur olub
Tarix: 02-03-2020 11:30 | Bölmə: Cəmiyyət
Bakıdan Dubaya uçan təyyarə mənzil başına çatmadan geri qayıtmağa məcbur olub

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakıdan yerli vaxtla saat 10:12-də Dubaya yola düşən təyyarəsi mənzil başına çatmadan geri qayıtmaq məcburiyyətində qalıb.

AZAL-ın məlumatına görə, hava gəmisinin (J2-011 nömrəli reys) kapitanı geri qayıtmaq qərarı verərək, Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş üçün icazə istəyib.

Bildirilir ki, planlaşdırılmamış eniş texniki səbəblər üzündən baş verib.

Təyyarə Bakı vaxtı ilə saat 10:44-də Bakı aeroportunda uğurlu eniş həyata keçirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:42 Sabah yağış yağacaq
16-10-2024, 15:56 Kür çayında su artıb
15-10-2024, 12:56 Sabah yağış yağacaq
14-10-2024, 13:03 Sabah leysan yağacaq

{sape_links}{sape_article}