Hacıqabulda güclü sel körpünü uçurub
Tarix: 09-05-2022 22:41 | Bölmə: Cəmiyyət
Hacıqabulda güclü sel körpünü uçurub

Hacıqabulda güclü sel Pirsaatçay üzərindəki körpünü uçurub.


Məlumata görə, bu gün axşam saatlarında sel rayonun Udulu kəndində bir sıra fəsadlar törədib.

Kənd sakinlərinin bildirdiyinə görə, Pirsaatçay üzərindəki köhnə körpünün bir hissəsi yuyularaq sıradan çıxıb. Nəticədə rayon mərkəzi ilə 7 kənd arasında müvəqqəti olaraq əlaqəsi kəsilib.

Sakinlərdən əldə etdiyimiz məlumata görə, artıq həmin əraziyə müxtəlif təyinatlı texnika cəlb edilib, lazımi tədbirlər görülüb. Körpü artıq bərpa edilərək istifadəyə verilib/Report.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər