Yeni avtomobil dünya rekordu qazanıb
Tarix: 11-11-2025 12:13 | Bölmə: İqtisadiyyat
Yeni avtomobil dünya rekordu qazanıb

Çinin avtomobil istehsalçısı "FAW" yeni nailiyyət əldə edib. Bu ölkənin "Hongqi HS6" qoşulan hibrid krossoveri bir doldurma, eləcə də tam yanacaq çəni ilə 2325 kilometr məsafəni qət edə bilib. Bu göstərcisinə görə avtomobil Ginnesin dünya rekordunu qırıb.

Reyting.az
xəbər verir ki, marşrut 30 oktyabrda Şanqri-Ladan şəhərindən başlayıb və noyabr ayının 3-də Quançjouda başa çatıb. Avtomobil bu müddət ərzində Kunmin, Baysə və Uçjou şəhərlərindən keçməklə, uzun marşrutu üzrə həm də dayanıqlılığını və yanacağa qənaətliliyini nümayiş etdirib.

Mütəxəssislərin sözlərinə görə, avtomobil dünyasında belə bir nailiyyət həm də Çin istehsalı olan yeni "Hongqi" markasının mühəndislik sahəsindəki sürətli inkişafını və uzun məsafəyə davamlı müasir hibrid texnologiyaları yaratmaq məqsədini bir daha aydın göstərir.

"HS6 PHEV" modelindən olan maşınların ilkin satışlarının noyabrın 15-də öncə Çində başlayacağı barədə məlumat verilib. Şirkət Avropa və Yaxın Şərq bazarlarına da çıxış planlaşdırır.

Ginnesin Rekordlar Kitabının seqmentinə düşən yeni avtomobil rekordu həm də Çinin avtomobil sənayesinin texnologiya və keyfiyyət baxımından qlobal rəqabətə hazır olduğunu göstərir.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
6-11-2025, 09:36 Neftimiz cüzi ucuzlaşıb