Azərbaycan Ukraynaya daha 20 ton humanitar yardım göndərib
Tarix: 10-05-2022 23:50 | Bölmə: Cəmiyyət
Azərbaycan Ukraynaya daha 20 ton humanitar yardım göndərib

Ukraynanın Dnepr şəhəri Azərbaycandan 20 ton humanitar yardım alıb.

Bu barədə Dnepr meri Boris Filatov bildirib.

Məlumata görə, humanitar yardımda uzunmüddətli saxlanma üçün qida və dərmanlar var.

Filatov Azərbaycan xalqına minnətdarlığını bildirib. O, Dnepr şəhərinin böyük azərbaycanlı icmasının yaşadığı bir şəhər kimi bu dəstəyi həmişə xatırlayacağını qeyd edib.

"Biz bu köməyə görə səfirliyə və Azərbaycan xalqına səmimi təşəkkürümüzü bildiririk. Burada yarmalar, konservlər, yağlar, unlar və tez xarab olmayan bir çox başqa məhsullar var. Bundan əlavə, səfirlik bizə tibbi ləvazimatlar da göndərib", - bu fikirləri isə "Milli Müdafiə Fondu”nun sədri Natalya Kostyuçenko bildirib/Report.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər