Sel 7 kəndi birləşdirən körpünü uçurub
Tarix: 11-05-2022 10:00 | Bölmə: Cəmiyyət
Sel 7 kəndi birləşdirən körpünü uçurub

Hacıqabul rayonunda sel körpünü yenidən uçurub.

Reyting.az
“Report”a istinadla xəbər verir ki, son günlər havaların qeyri-sabit keçməsi nəticəsində rayonun Udulu kəndi ərazisindən keçən Pirsaatçayda daşqınlar yaranıb. Yeli sakinlərin sözlərinə görə, sel-suları çayın üzərindəki köhnə körpünü uçuraraq tamamilə yararsız hala salıb. Bununla da Udulu kəndi istiqamətindən 7 yaşayış məntəqəsinin rayonla əlaqəsi müvəqqəti kəsilib.

Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, sel-suları Udulu kəndini birləşdirən çay üzərindəki körpünü uçursa da, yaşayış məntəqələrini birləşdirən Tağılı kənd istiqamətindəki alternativ yoldan istifadə edilir. Uçan körpünün yaxınlığında isə yeni körpü tikilir. Sel dayanan kimi həmin körpünün tikintisi davam etdiriləcək.

Tikinti başa çatdıqdan sonra əhalini narahat edən problem birdəfəlik həll olunacaq.

Qeyd edək ki, sel mayın 9-da axşam saatlarında da Pirsaatçay üzərindəki köhnə körpünü uçurmuşdu.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər