Neftçalada sabiq və indiki bələdiyyə sədrlərinə cinayət işi açılıb
Tarix: 11-05-2022 11:40 | Bölmə: Cəmiyyət
Neftçalada sabiq və indiki bələdiyyə sədrlərinə cinayət işi açılıb

Neftçalada sabiq və indiki bələdiyyə sədrlərinə cinayət işi başlanılıb.

Reyting.az r
ayon prokurorluğuna istinadla xəbər verir ki, rayonun Xəzər bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən müxtəlif dövrlərdə pul vəsaitlərinin mənimsənilməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla bələdiyyənin sabiq sədri Loğman Sultanovun 1 823 manat məbləğində pul vəsaitini, hazırkı bələdiyyə sədri Fətulla Muradovun isə işlədiyi dövrdə 2 196 manat məbləğində pul vəsaitini öz qulluq səlahiyyətlərindən istifadə etməklə etibar edilən bələdiyyə əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Neftçala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda istintaq davam edir.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər