Xaricdə hazırlıq keçən tibb və əczaçılıq işçiləri imtahan verəcək
Tarix: 11-05-2022 15:57 | Bölmə: Cəmiyyət
Xaricdə hazırlıq keçən tibb və əczaçılıq işçiləri imtahan verəcək

Səhiyyə naziri Teymur Musayev “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması və müvafiq maarifləndirmə işlərinin aparılması barədə əmr imzalayıb.

Reyting.az
xəbər verir ki, əmrə əsasən, müvafiq şəxslərin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması üçün imtahan keçiriləcək.

Bir ay müddətində imtahanın keçirilməsi qaydası barədə nazirliyin kollegiya qərarının layihəsi hazırlanacaq. İmtahanın keçirilməsi üçün lazım olan imtahan proqramı və suallar toplusu 3 ay müddətində hazırlanaraq Kadr məsələləri üzrə Komissiyaya təqdim ediləcək.

Əmrin icrasına nəzarəti nazir öz üzərinə götürüb.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər