Kürdə suyun səviyyəsi 3.1 metr qalxıb
Tarix: 12-05-2022 19:52 | Bölmə: Cəmiyyət
Kürdə suyun səviyyəsi 3.1 metr qalxıb

Kürdə suyun səviyyəsi sürətlə artır.

Məlumata görə, çayın aşağı axınında suyun səviyyəsi sürətlə artmaqda davam edir. Bu daha çox çayın Salyan rayonu ərazisindən keçən hissəsində müşahidə olunur.

Təkcə bu gün Kürdə suyun səviyyəsi 20 santimetr artıb. Son 12 gündə isə çayda suyun səviyyəsi 3, 1 metr qalxıb.

Kür qırağında quraşdırılmış su nasos stansiyaları tam gücü ilə işləyir. İndiki halda su ilə bağlı ciddi problem yoxdur.

Mütəxəssislər hesab edir ki, bundan sonra da çayda suyun səviyyəsinin artımı gözlənilir.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər