16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Sabahın hava proqnozu açıqlanıb
Tarix: 16-05-2022 13:19 | Bölmə: Cəmiyyət
Sabahın hava proqnozu açıqlanıb

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.

Reyting.az
xəbər verir ki, sabah havanın temperaturu gecə 13-15° isti, gündüz 20-23° isti olacaq. Bakıdagecə 13-15° isti, gündüz 20-22° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 18-23° isti, dağlarda gecə 1-6° isti, gündüz 6-10° isti olacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}