Azərbaycan Ermənistan hərbçisini qaytarıb
Tarix: 26-05-2022 14:43 | Bölmə: Cəmiyyət
Azərbaycan Ermənistan hərbçisini qaytarıb

Bu il aprelin 23-də Zəngilan rayonu ərazisində Azərbaycan sərhədçiləri tərəfindən saxlanılan Ermənistan ordusunun əsgəri Eduard Arturoviç Martirosov qarşı tərəfə təhvil verilib.

“Sputnik Armenia” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb/APA.

Bildirilib ki, mayın 22-də Brüsseldə üçtərəfli görüş zamanı əldə edilmiş razılaşmaya uyğun olaraq və Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkovun vasitəçiliyi ilə Eduard Martirosov mayın 26-da erməni tərəfinə təhvil verilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
8-05-2024, 12:52 Sabah yağış yağacaq
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}