Nazir: "Azərbaycan erməni əsilli vətəndaşlarının sağlamlıq hüquqlarını təmin etməyə hazırdır"
Tarix: 26-05-2022 16:42 | Bölmə: Cəmiyyət
Nazir: "Azərbaycan erməni əsilli vətəndaşlarının sağlamlıq hüquqlarını təmin etməyə hazırdır"

Səhiyyə naziri Teymur Musayev Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyasındakı çıxışında Ermənistan nümayəndə heyətinin səsləndirdiyi fikirlərə münasibət bildirib.

Reyting.az
Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyası çərçivəsində keçirilən ümumi debatlar zamanı çıxış edən Azərbaycanın səhiyyə naziri ilk öncə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru vəzifəsinə yenidən seçilməsi münasibətilə cənab Tedros Qebreyesusu təbrik edərək ÜST-nin fəaliyyətinin ölkəmiz tərəfindən daim dəstəkləndiyini bildirib.

Daha sonra nazir pandemiyadan irəli gələn çağırışların, o cümlədən güclü, dayanıqlı səhiyyə sistemlərinin yaradılmasında beynəlxalq əməkdaşlığın vacibliyindən danışıb. Bu xüsusda, səhiyyə sahəsində ölkədə həyata keçirilən mühüm proseslərdən bəhs edib.

Nazir bildirib ki, Azərbaycan hökuməti ölkə ərazisində yaşayan bütün etnik qrupların, o cümlədən erməni əsilli Azərbaycan vətəndaşlarının sağlamlıq hüquqlarını təmin etməyə hazırdır. Bunu nəzərə alaraq, Ermənistan nümayəndə heyətinin beynəlxalq səhiyyə platformasının imkanlarından istifadə edərək hazırkı Assambleyada əsassız və təxribat xarakterli iddiaların səsləndirilməsinin qəbuledilməz olduğunu vurğulayıb, əvəzində iki ölkə arasında başlanılmış sülh prosesinə töhfə verməyə çağırıb.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər