Nazir: "Bağçalarla bağlı qaydalar köhnəlib, yenisi hazırlanacaq"
Tarix: 28-06-2022 16:02 | Bölmə: Cəmiyyət
Nazir: "Bağçalarla bağlı qaydalar köhnəlib, yenisi hazırlanacaq"

“Təhsil Nazirliyi bağçalarla bağlı diaqnostik qiymətləndirməni bitirib".

Reyting.az
xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, hazırda bir neçə istiqamətdə iş aparılır: "Birinci mərhələdə əsas iş bağçalara şagird qəbulunun qaydaya salınmasıdır. İkinci işimiz ilk dəfə müəllimlərin, tərbiyəçilərin bağçalara işə qəbulunun vahid formatda aparılmasıdır. Digər məsələ isə direktorların bağçalara işə qəbul prosesinin şəffalaşması və bunun müsabiqə əsasında aparılmasıdır. Düşünürəm ki, bunlarla bağlı qaydalar köhnəlib, yeni qaydaların hazırlanması zamanı çatıb. Ancaq həmin qaydaları hazırlamaq zaman tələb edir və bunlar icra oluna bilən olmalıdır. Bu istiqamətdə işlərimiz davam edir”.




Bölməyə aid digər xəbərlər