16:39 / 28-11-2024
Sabah qar yağacaq
Səhiyyə naziri: "Azərbaycanda meymunçiçəyinə yoluxma qeydə alınmayıb"
Tarix: 01-07-2022 12:23 | Bölmə: Cəmiyyət
Səhiyyə naziri: "Azərbaycanda meymunçiçəyinə yoluxma qeydə alınmayıb"

"Azərbaycan tərəfi Ümumdünya Səhiyyə Təşkilatının meymunçiçəyi virusunun təsbit edən testlərin ölkəyə gətirilməsi üçün ilk müraciət edən ölkələrdən olub. Artıq həmin testlər ÜST-nin Azərbaycandakı Nümayəndəsinin rəhbərinə rəsmi şəkildə təhvil verilib".

Reyting.az
xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, yaxın 2-3 gün ərzində Azərbaycana gətiriləcək.

Nazir əlavə edib ki, Azərbaycanda bu virusa yoluxma halı qeydə alınmayıb: "Azərbaycanın sərhəd keçid məntəqələrində meymunçiçəyi virusu ilə əlaqəli hər hansı spesifik tədbirlərin görülməsi nəzərdə tutulmur".




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər