Qazilərlə bağlı yeni İşçi Qrup yaradılıb
Tarix: 01-07-2022 12:29 | Bölmə: Cəmiyyət
Qazilərlə bağlı yeni İşçi Qrup yaradılıb

İmtina cavabı alan qazilərin əlillik təyinatına yenidən baxılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İşçi Qrup yaradılıb.

Reyting.az
xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdir müavini Ülvi Hüseynov deyib.

Onun sözlərinə görə, kimlərin diaqnozları yeni meyarlara görə əlilliyə əsas verirsə, onların özləri müraciət etmədən birtərəfli qaydada mütəxəssislər tərəfindən baxılacaq:

"Burada İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Səhiyyə Nazirliyi ilə birgə iş aparılacaq. Göndərişləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özü qazilərin müraciəti olmadan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə göndərib. Siyahı bəllidir. Siyahının artıq 20 faizi artıq nəzərdən keçirilib. Prosesin əsas hissəsi bu ayın sonuna qədər yekunlaşacaq".




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}