Sumqayıtdan Xaçmaza toya gedənlər qəzaya düşüblər: ölən və yaralananlar var
Tarix: 01-07-2022 17:41 | Bölmə: Cəmiyyət
Sumqayıtdan Xaçmaza toya gedənlər qəzaya düşüblər: ölən və yaralananlar var

Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, "Mercedes" markalı minik avtomobili Quba-Xaçmaz yolunun Bəyoba kəndi ərazisində hərəkətdə olarkən sürücü idarəetməni itirib, maşın yoldan çıxaraq ağaca çırpılıb.

Hadisə zamanı toya gələn Sumqayıt şəhər sakinləri 1964-cü il təvəllüdlü Bağırov Əlimərdan Əliş oğlu, 1968-ci il təvəllüdlü Cahangirova Rəisə Nadir qızı, 1990-cı il təvəllüdlü Abdullayev Zamin Əlimusa oğlu, 1995-ci il təvəllüdlü Lalə Abdullayeva Əlimərdan qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

L.Abdullayevanın vəziyyəti ağır olduğundan həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək olmayıb/Report.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}