Bakıda memarlıq abidəsi sayılan binanın damında aparılan tikinti işləri sökülür
Tarix: 02-07-2022 11:25 | Bölmə: Cəmiyyət
Bakıda memarlıq abidəsi sayılan binanın damında aparılan tikinti işləri sökülür

Bakı şəhərində memarlıq abidəsi sayılan binanın damında aparılan tikinti işləri sökülür.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən Reyting.az-a bildirilib ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən dərhal müvafiq tədbirlər görülüb.

Müəyyən olunub ki, Bakı şəhəri Yasamal rayonu, İslam Səfərli küçəsi, 12 ünvanında 1880-ci ildə inşa olunmuş tarixi memarlıq abidəsi olan həmin binanın dam örtüyündə binanın sahibkarı tərəfindən mansard inşa olunur.

Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq strukturları tərəfindən dərhal müvafiq tədbirlər görülüb və sahibkara xəbərdarlıq edilib. Vurğulanıb ki, tarixi binanının üzərində hansısa tikinti işlərinin aparılması yolverilməzdir.

Komunal-təsərrüfat birliyinin nümayəndələri sahibkarı tikintini sökməyə məcbur ediblər: "Hazırda həmin yer sökülür. Ərazi ciddi nəzarətə götürülüb".




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}